“Brexit”in ildönümündə Almaniyada “Dexit” gündəmə gəldi – Avroittifaqdan çıxmalıyıq...
İfrat sağçı və populist Almaniya üçün Alternativ (AfD) Partiyasının gizli toplantılarının üzə çıxmasından sonra ölkənin Avropa İttifaqından (Aİ) çıxması (Dexit) müzakirələri başlayıb. AfD Partiyasının həmsədri Elis Veydel hakimiyyətə gəldikləri təqdirdə ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirəcəklərini açıqlaması gərginliyi daha da artırıb.
Almaniya kansleri Olaf Şolz parlamentdə büdcə müzakirələri zamanı AfD siyasətçilərinin də iştirak etdiyi iclasda məsələyə münsibət bildirib. "Ölkədəki villalarda, əhalinin bir hissəsinin bu ölkədən necə çıxarıla biləcəyinin müzakirə edildiyi konfranslara səssiz qala bilmərik. Bu, Almaniya tarixinin ən qaranlıq dövrlərini xatırladır" - Şolz deyib.
Şolz, illərdir Almaniyada yaşayan və uşaqlarını burada böyüdənlərin ölkəni tərk etmək söhbətindən narahat olduqlarını bildirib.
AfD nümayəndələrinin Almaniyanın AB-dən çıxmasını ifadə edən “Dexit” sözünü işlətdiyini qeyd edən Şolz bunun, Avropa və Almaniyanın başına gələ biləcək ən böyük məhv olacağını deyib. Onun sözlərinə görə, Almaniya Aİ-dən ən çox faydalanan ölkədir.
Onu da qeyd edək ki, İngiltərənin Aİ-dən ayrılmasının (Brexit) 4-cü ildönümündə Almaniyada “Dexit”in gündəmə gəlməsi diqqət çəkir.
Tahir TAĞIYEV