CIA direktorundan ŞOK ETİRAF - Yaxın Şərq partlamağa hazırdır... İran da müharibəyə hazır görünür...
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns Amerikanın xarici siyasət jurnalı "Foreign Affaris" üçün yazdığı məqalədə Yaxın Şərqlə bağlı diqqət çəkən məqamlara yer verib.
“Casusluq və Dövlət İdarəçiliyi: CIA-nın Rəqabət Dövrünə Dönüşü” başlıqlı məqalədə Burns 7 oktyabrdan sonra Yaxın Şərqdə baş verən prosesin dönüş nöqtəsi olduğunu bildirib. Qəzzada bir çox çətin problemlərlə üzləşdiklərini deyən Burns, bunlardan bəzilərinin İsrailin hücumlarının intensivliyini azaltmaq, girovların azad edilməsini təmin etmək, münaqişənin bölgəyə yayılmasının qarşısını almaq və Qəzzada işlək bir formul tapmaq olduğunu deyib.
HƏMAS-ın 7 oktyabrda Əl-Əqsa əməliyyatı ilə başlayan gərginliyin və İsrailin Qəzzada davam edən hücumlarının təkcə bölgəni deyil, bütün qlobal sistemi narahat etdiyini ifadə edən Burns deyib: “Mən son 40 ilimin böyük bir hissəsini Yaxın Şərqə və ya bu regiona sərf etdim. Yaxın Şərqin daha mürəkkəb və bu qədər partlamağa hazır olduğunu nadir hallarda gördüm".
İran-İsrail gərginliyi ilə bağlı da açıqlamalar verən Burns deyib ki, İsrailin və regionun təhlükəsizliyinin açarı İranın öhdəsindən gəlməkdir: “İran rejimi indiki böhranda güclənib və bölgədəki son milis qüvvələrinə qədər, müharibə aparmağa hazır görünürlər".
Tahir TAĞIYEV