Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır və uzun müddət də asılı qalacaq - Beynəlxalq agentlik...
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hesab edir ki, Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılı olaraq qalır.
"Ermənistan iqtisadiyyatı ticarət və enerji sahəsində Rusiyadan çox asılıdır və "Fitch" yaxın perspektivdə Rusiyadan uzaqlaşmağa doğru əhəmiyyətli dərəcədə diversifikasiya gözləmir. Lakin Rusiya Federasiyası ilə münasibətlər gərgin olaraq qalır", - agentlik qeyd edir.
"Fitch" həmçinin hesab edir ki, Ermənistan öz bank sektorunda Rusiya təşkilatlarına qarşı Qərb sanksiyalarını tətbiq etməyə davam edir. «Buna baxmayaraq, 2021-ci ildən etibarən Rusiyaya malların ixracı təxminən 300% artıb, 2023-cü ilin I-III rüblərində isə ixracın 51%-i və idxalın 30%-i Rusiyanın payına düşüb», - məlumatda deyilir.
ZÜMRÜD