“Ağrıdağ” cümləsi Ermənistanın dövlət himnindən çıxarılır - Aram Manukyan
Ermənistan müxalifəti Nikol Paşinyan hakimiyyətinin daha bir addımı barədə haray-həşir salmağa başlayıb. Belə ki, “Azatutyun”a müsahibəsində Ermənistan Milli Konqresi partiyasının sədr müavini Aram Manukyan bəyan edib ki, artıq Ermənistanın dövlət himnində Ağrıdağ adından imtina prosesi başlayıb. “Bu proses indi İctimai Televiziya Şirkəti tərəfindən həyata keçirilir, Ağrıdağ artıq dövlət himni çərçivəsində deyil. Yəni proses gedir, “Ağrıdağ” himnimizin video versiyasından çıxarılıb”, - deyə o bildirib. Aram Manukyanın sözlərinə görə, N.Paşinyan hakimiyyəti ziyarətgahlara və simvollara qarşı sistemli kampaniyaya başlayıb.
Mətləb Salahov