Seçkilərilə bağlı qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı...
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı 85 min müşahidəçi qeydiyyatdan keçib. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdəki seçki məntəqələrinin hamısı yüksək şəraitlə təmin edilib: “Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir”.