KÖHNƏ VERSİYA            

İnandıqları Güc onlara yüksək məqam bəxş etdi - Onuncu yazı

Image

Musa və Tural qardaşları hələ yeniyetmə yaşlarında san­ki günəşdən hərarət, aydan işıq umurdular. Nə zaman ev­də, cəmiyyətdə “Vətən” adı çəkilərdi, çöhrələri qaynar kü­rə kimi qızarardı. O an sanki Zöhrə ulduzu olardılar, an­caq qaranlıqla işıq arasında qalmağı xoşlamazdılar. Hər iki qardaş tam əmin idi ki, insanı idarə edən mütləq bir qüvvə var - Allah. Bir gün inandıqları Güc onlara yüksək məqam bəxş edəcək.

Musanın da, Turalın da uşaq, yeniyetmə və gənclik çağları möhkəm, mənəvi təməl üzərində qurulmuşdu. Mə­dəni davranışları, vətənpərvər olmaları ilə seçilirdilər...

Haqlarında deyilənlərdən belə anlaşılır ki, Musa və Tu­ral sakit gecələrdə yaxası ilğımlarla dolu səmaya baxar, oradan özlərinə ulduz seçərdilər. Yetişəcəkləri məqamın qı­zıl qapılarının açıldığı gün diqqətlərində saxladıqları ul­duz­lar qəfildən yoxa çıxdı. Növbəti gecə də o ulduzları sə­ma­da görmədilər. Üç gün sonra Vətən müharibəsinə get­di­lər. Hər iki qardaş özlərinə “könül emblemi” seçdikləri ul­duzlar kimi axdı, torpaqlarımız uğrunda şəhid oldu. 

Nəhayət xanım tez-tez Mingəçevir Şəhidlər xiyabanına gedir, Musa və Turalın havadakı təlatümlərdən çırpınan mə­zarlarını göz yaşları ilə isladır, sonra da dəsmalı ilə öv­lad­larının başdaşından boylanan şəkillərini silir, titrəyən bar­maqlarını onların yanaqlarında gəzdirir, “ölür”, güclə də olsa, “dirilir”, elə onların yanında qalmaq istəyir. An­caq buna ehtiyac yox ki... Musanın da, Turalın da daimi “qo­naqları” var - səssiz iniltilər, arada tüğyan edən sakit-də­li küləklər, yağış, qar, bir də təbiət. Və ziyarətə gələn in­sanlar... Onların özlərinə qurduqları əbədiyyət evinin qa­pısını döyənlər çoxdur. Hər iki qardaşdakı Vətən amalı, güclü vətəndaşlıq hissi uyuduqları torpağa isti-ilıq rəng qa­tır. 

Vətən baharını Musa və Tural qardaşları kimi cəsur oğullar gətirdi. O bahar indi hamının ürəyindən keçir. 

Nəhayət xanım dedi ki, əzab-əziyyətlə qurduğum evin Musa və Tural adlı işıqları söndü. O “işıqlar” çox gur ya­nır­dı; inanırdım ki, nə vaxtsa böyük əhatələri də aydınladacaqlar... Övladlarım Vətənə bağlı idilər. Vətəni öz canlarından, ata-analarından, uşaqlarından əziz tutdular. Şə­rəfli ölümləri ilə Vətəni, Vətən torpaqlarını sevindirdilər, bizi isə gözüyaşlı qoydular... Nə Musa, nə də Tural telefon da­nışığında bir dəfə də olsun atalarına və mənə cəhbə hə­yat­larının ağrıları barədə bir söz demədilər. Elə dedilər ki, hər şey əladır, düşməni sürətlə qovuruq... Eh, ölümün üzü qa­ra olsun... Balalarıma ikinci dəfə layla çaldım - ölüm lay­­lası. Bu, sadəcə, müsibətdi, fəlakətdi, faciədi, dözülməz dərddi... 

İndi nəvələrim hamıdan küsür, qəmgin gəzirlər. Ar­zu­ları, istəkləri çox tez soldu. Amansız həyat onların körpə ikən qanadlarını qırdı. 

Mən övlad böyütdüm, barını dərim. Vətən məndən qa­ba­ğa düşdü. Demək ki, qismətimdə iki şəhid oğulun anası olmaq da var imiş...

İndi Musa və Tural üçün gün nə çıxır, nə də batır. Daha on­ların yazı gəlmir, bənövşələri açmır... İndi balalarımın sə­mada axtardığı ulduzlar yerinə qayıdıb, lakin Musa və Tu­­ralın geri qayıtması çox mümkünsüzdür... 

İndi mən özüm də (onlarsız) bir ölü kimiyəm...

***

(Bəlli ki,) Tanrı, istedadı da, insanlığı da şəxsi mükaliməsi əsasında ərməğan verir; insan Onun fəhmi ilə (hətta) peyğəmbərlik məqamına (qədər) ucalır. Şübhəsiz, taleyi də elə bu şərtlər diqtə edir... Bu proses əbədiyyət işıqları Musa və Turalın (da) insan dərkində səthi deyildi, çoxqatlı məna kəsb edirdi. Biz onların ictimai düşüncələri ilə Vətən baxışları arasındakı həyati aspektləri məhz bu konsepsiya ilə əlaqələndiririk. Belə deyək, bu torpaqsevər oğul­ların qəhrəmanlıqları bizi bu paradoksa inanmağa mə­ruz qoyur.   

Musa və Tural Vətən yolunda can fəda etməklə bizi məm­nun etdilər. Qısa həyatları bahasına əbədiyyət yolçularına çevrildilər. Bu fəhmdə geniş məzmun tapa bilmək (əslində) hər kəsə xas deyil. Şəhid qardaşlar həyatın bütün səmtlərini gördülər, insanları bu qapalı atmosferdən çıxarmağı bacardılar. Bununla da həyatı doğru kəsb edən bütün hislərə ilıq-isti təlatümlə təsir etdilər. 

Onlar öz şərəfli ölümləri ilə daha çox Vətən səltənəti qurdular, yetişən nəsillərə həyatı anlamaq cəsarəti verdilər. Şəhid olmaq şərəfi müəyyən qədər bu tip duyğulardan ibarətdir, hər duyğu içində bir dərin söz çələngi gizlənir. Bu mənada, şəhid eşqi təhlilə (də) ehtiyac duymur: çünki Vətən sevdalıları əvvəlcədən bunun fərqinə varır, torpaq hissi ilə öz hissi arasında qısa zəmin qurur, sonra da ürəklərinin qənaətini ortaya qoymağı bacarırlar. Ona görə də şəhadətdəki hissi zəmin ədəbi qənaət(lər)dən daha fövqəldir. 

Əlbəttə, ürəyi Vətən naminə döyünən oğullar üçün qəh­rəmanlıq hissinin gəlməsi bir an məsələsidir, onlar bu duyğuları əyani göstərə bilmək üçün dəridən-qabıqdan da çıxmırlar. Bu, o deməkdir ki, Allahın verdiyi fəhm onları yüksək məqama məhz bu hiss vasitəsilə qaldırır. 

Dünya insana gərək olmayan vadidir. Kim ona könül ve­rir, asılısı olur. Ağıllı başlar onun bütün tilsimlərindən qaçmağı bacarır... 

Musa və Tural qardaşları da dünya ilə təmasa deyil, şə­ha­dətlə ünsiyyətə önəm verdilər və artıq ən ali hislərin föv­qündə bərqərardırlar... 

***

Musa və Tural qardaşlarına (bir vaxtlar) dərs demiş mü­əl­limlərlə görüşmək üçün yoldan ötən yaşlı bir qadından Mingəçevir şəhər 15 nömrəli tam orta məktəbin harada ol­du­ğunu soruşduq. Qadın yeriyə-yeriyə dedi ki, irəli gedin, gö­rəcəksiniz. Getdik, sağ səmtdə şagirdlərin çoxluğundan buranın məktəb olduğunu zənn etdik. Binanın giriş hissəsinə iri hərflərlə «Texniki Humanitar Kollec» yazılmışdı. Qa­pıçıdan buranın 15 nömrəli tam orta məktəb olduğunu soruşanda, dedi ki, ünvanı düz gəlmisiniz. Bələdçi bizi şə­hid qardaşların müəllimlərinin olduğu otağa apardı. Qapı açı­lar-açılmaz, direktorun çöhrəsindəki xoş təbəssüm hə­yə­canımızı dağıtdı...   

Beləcə, növbəti görüşümüz əbədiyyət işıqları Musa və Turalın ibtidai sinif müəllimləri ilə oldu. Çöhrələrində yüz illərin tədris yorğunluğu, məktəb əzmi, müəllim-valideyn fədakarlığı əks olunan Minayə Məmmədova və Söylü Qor­­çu­ye­va bir vaxtlar 15 nömrəli tam orta məktəbdə Musa və Tural qardaşlarına dərs deyiblər. Hazırda Texniki Hu­ma­ni­tar Kollec adı ilə fəaliyyətini davam etdirən bu möhtəşəm təhsil ocağında istedadlı, həm də vətənpərvər nəsil yetişir. Söhbətinə elə bu rakursdan yanaşan, hazırda təqaüddə olan Minayə Məmmədova Vətən uğrunda canını fəda edən Tural Həsənovla bağlı xatirələrini bizimlə bölüşdü, son­ra bir anlıq susdu, kövrəldi, ağayana baxışla şəhidlərə ithaf edilmiş kiçik lövhəyə baxdı, sonra ah çəkdi - dedi:  

- Belə bir həqiqət var ki, torpaq uğrunda şəhid olan oğullar düşmən gülləsinə tuş gəldikləri an yox, unudul­duq­­­ları an ölürlər. Bu nöqteyi-nəzərdən, biz də qəhrəman oğulları unutmur, hər an yad edir, evlərimizdə böyüyən uşaqlara onların qəhrəmanlıqları barədə danışırıq. Bir söz­lə, bununla həm də o uşaqlara bir vətənpərvərlik hissi aşılayır, Vətəni necə sevməyin yollarını göstəririk. 

Musa və Tural qardaşları nizam-intizamlı, səliqə-səhmanlı idilər. Vətən uğrunda döyüşərkən də bu nizamı qo­ru­yub saxladılar. 

Şəhid qardaşlar digər qəhrəman oğullarımız kimi tor­paq­­larımızın illərlə erməni tapdağında qalmasına dözə bilmirdilər. Gözlərinə doldurduqları kini-küdurəti özləri ilə birlikdə müharibəyə apardılar və düşməndən öc aldılar. Və­tən boyda ürəyi olan bu qeyrətli oğullar Azərbaycan na­mi­nə irəli atılmaqla işğal altındakı yurdlarımıza rahatlıq nə­sib etdilər. Onlar bununla içlərindəki torpaq yanğısını, göz­lərindəki kini söndürdülər. Bu əminlik onlara Azər­bay­­can adlı məmləkətin parlaq səmalarında bərq vurmaq şansı verdi. Bəzən bizə elə gəlir ki, şəhid oğullar, onların tim­salında Musa və Tural qardaşları əbədiyyət səfərinə çı­xıblar...

Mən şəhid Tural Həsənovun ibtidai sinif müəllimi ol­mu­­şam. Ağıllı, sakit, mehriban, qayğıkeş uşaq idi. Heç vaxt dalaşmazdı, Əksinə, iki uşaq bir-biri ilə savaşanda ça­lı­şırdı onları ayırsın. Dərslərinə xüsusi diqqət ayırırdı, hər də­fə də çalışardı ki, ondan dərsi soruşum. Demirəm, əlaçı idi, ancaq oxumağa böyük marağı var idi. Boyu balaca ol­du­ğundan, biz onu ön sıralarda oturdurduq. 

Tural istiqanlı uşaq idi. Ailədə aldığı tərbiyə onu bizə sevdirdi.

Uşaq vaxtlarında Turala ayrı bir diqqətim və məhəbbətim var idi. O, şəhid olanda günlərlə özümə gələ bilmədim. Heç cür inana bilmirdim ki, Tural artıq dünyada yoxdur. Tez-tez məzarının üstünə gedir, onunla söhbətləşir, ağ­rı-acı içində geri qayıdıram. 

Bir tərəfdən də qürur duyuram ki, Tural kimi qəhrəman bir oğula dərs demişəm. Onun Vətən hissinin güclənməsində az da olsa, payım varsa, özümü bəxtəvər sanıram.

(Ardı var)
Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031