KÖHNƏ VERSİYA            

Ermənistan bütün köhnə simvollarından imtina edir...

Image

Ermənistanın himni dəyişdirilməlidir. Bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib. O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.

Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb. Parlament sədri, həmçinin qeyd edib ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır: “Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişməlidir, o, erməni mahiyyətli olmalıdır, dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır və himnin ifa qaydalarına uyğun olmalıdır. Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik. Ən azından Ermənistan su altında qala bilməz, bu, bəşəriyyətin cəzası idi. “Facebook”dakı gülüş işarəsi olan şir də gerbdə ola bilməz. Ermənistanı qoruyan qılınc zəncirlənib”. Erməni mediası isə artıq bu bəyanatdan fəal şəkildə narahatdır.  Media yazır ki, Simonyan gerbdən Ağrı dağının təsvirinin çıxarılmasının zəruriliyinə işarə edir. Qeyd olunur k, Türkiyə və Azərbaycanın tələb etdiyi də məhz budur. Bu yerdə xatırladaq ki, Ermənistanın gerbi 1992-ci il aprelin 19-da bu ölkənin Ali Şurası tərəfindən qəbul edilib və 15 iyun 2006-cı il tarixli qanunla dəqiqləşdirilib. Bildirək ki, Ermənistanın gerbində qalxan təsvir olunub, onun mərkəzində “erməni millətinin simvolu” olan Ağrı dağı var. Təəccüblüdür ki, “erməni milləti”nin simvolu Türkiyədə yerləşən dağdır. Türkiyə və Azərbaycanın gerbində Ermənistan ərazisində yerləşəcək heç bir şey yoxdur. Bəs niyə Ermənistan Respublikasının gerbində Türkiyədə yerləşən dağın təsviri ola bilir? Bu fonda Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları olması sadəcə ağılsızlıqdır. Bütün bunlar olarkən İrəvanla Ankara arasında münasibətlərin bərpa olunmasını necə iddia etmək olar? Cavab göz qabağındadır - heç bir şəkildə. Ermənistan Konstitusiyasında və Milli Təhlükəsizlik Doktrinasında nəzərdə tutulmuş Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları şəraitində Bakı ilə İrəvan arasında münasibətlərin qurulması mümkün olmadığı kimi. Bunlar fonunda Ermənistanın “Past” nəşri yazır: “Hələ 2019-cu ildə Nikol Paşinyan deyib: “Ölkədə konstitusiyanın tez-tez dəyişdirilməsini düzgün hesab etmirəm”. Paşinyan bundan sonra, hətta bundan əvvəl də zaman-zaman yalnız konstitusiya dəyişikliklərindən danışır, idarəçilik sisteminin dəyişdirilməsinə ehtiyac olmadığını vurğulayırdı. Bu yaxınlarda o, yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışıb. Çoxları hesab edir ki, bununla o, Azərbaycan və Türkiyənin, xüsusilə müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı tələbini yerinə yetirir. Erməni Apostol Kilsəsinin xüsusi statusu ilə bağlı müddəanın konstitusiyadan çıxarılacağı ehtimal edilir. Məlumata görə, bütün bunlarla yanaşı, Paşinyan növbədənkənar seçkilərdən yayınmaq üçün konstitusiya referendumu keçirməyə çalışacaq. Məsələ ondadır ki, diplomatik mənbələrimizə görə, Qərb Paşinyanın seçkilərə getməsini və sülh müqaviləsini imzalamaq üçün tam legitimlik əldə etməsini istəyir. Üstəlik, növbədənkənar seçkilərin mayda, fors-major hallarda isə sentyabrda keçirilməsi məqsədəuyğun hesab edilir. Lakin Nikol Paşinyan əmindir ki, hətta inzibati rıçaqlarla belə səs çoxluğu əldə etmək mümkün deyil. Buna görə də o, bir növ etimad testi kimi referendum keçirmək istəyir”.

Erməni hərbi ekspert Hayk Nahapetyan isə bildirir ki, konstitusiyanın dəyişdirilməsi təkcə Azərbaycan və Türkiyənin istəyi ilə bağlı deyil: “Başımıza gələn fəlakətin səbəbkarı Paşinyan və komandasının diletant idarəçiliyi, səriştəsizliyi və satqınlığıdır”. Onun sözlərinə görə, Paşinyanın biabırçı şəkildə yanlış, xain siyasəti Ermənistan üçün fəlakət gətirib və fəlakət gətirməkdə davam edir: “İndi o, məğlubiyyətə görə təhlükəsizlik sistemini günahkar hesab edir? Paşinyanın çıxışının bu epizodu həm də onunla diqqət çəkir ki, o, Ermənistanın təhlükəsizlik siyasi vektorunun dəyişdirilməsi və Qərbə üz tutması barədə yüksək səslə danışır”. Nahapetyan bildirib ki, KTMT-dən çıxmaq, 102-ci hərbi bazanı çıxarmaq üçün konstitusiyaya dəyişiklik edirlər. Konstitusiya məsələləri üzrə erməni ekspert Qohar Meloyan isə bildirir: “Diqqətəlayiqdir ki, trayektoriya dəyişdi və bu siyasi qüvvənin hakimiyyətə gəldiyi, gündəmində konstitusiya dəyişiklikləri olduğu hər kəsə məlumdur”. Onun sözlərinə görə, bunu keçmişdə ləğv edilmiş komissiya və hazırda fəaliyyət göstərən konstitusiya islahatları komissiyası sübut edir: “Lakin yeni konstitusiyanın qəbulu heç vaxt müzakirə olunmayıb və gündəmdə olmayıb. Baş verən iki əsas konstitusiya dəyişikliyi əslində zamanın çağırışlarının nəticəsi idi və iki dəyişiklik arasında 10 illik fasilə yarandı”. Meloyan bildirib ki, yeni konstitusiyanın qəbulu məsələsini gündəmə gətirən hakim qüvvə əsas qanunun dəyişməz müddəalarında və preambulasında dəyişikliklər etməyə meyllidir. Digər ekspert Vardan Poğosyan isə bildirir ki, Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı bəzi çətinliklərin qarşısını almaq üçün öz kapitulyasiyasını yeni konstitusiyada təsbit etməyə çalışır. Onun sözlərinə görə, Paşinyan yeni konstitusiya vasitəsilə elə bir vəziyyət yaratmağa çalışır ki, artıq üçüncü Ermənistan Respublikası müstəqillik bəyannaməsinə əsaslanan Ermənistan Respublikası olmasın: “Ermənistanın yeni konstitusiya və ya konstitusiyaya dəyişikliklə bağlı problemi yoxdur. Ermənistanın təhlükəsizlik problemi var və bu gün Ermənistanın təhlükəsizliyi Nikol Paşinyanın səyləri ilə pozulur. Sadəcə olaraq, Paşinyan yeni konstitusiyanın qəbuluna nail olsa, artıq müstəqil Ermənistan olmayacaq, yarımmüstəmləkə vəziyyətində olan, real hakimiyyətin erməni xalqı tərəfindən həyata keçirilməyəcəyi ərazi olacaq”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031