KÖHNƏ VERSİYA            

ABŞ Fars körfəzində İranın hərbi-dəniz obyektlərini məhv etməyə hazırlaşır...

Image

ABŞ İordaniyada səhra bazasına edilən hücuma bir neçə gün ərzində cavab verəcək. Bu barədə ABŞ-ın “ABC Nyus” telekanalı adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Məlumatda ABŞ-ın birdən çox hədəfi vuracağı bildirilib: “Amerika qüvvələrinə qarşı bu hücumlara şərait yaradan şəxslərə və mərkəzlərə qarşı dəqiq və planlaşdırılmış zərbələr endiriləcək”.

Bunlara paralel olaraq, ABŞ prezidenti Co Bayden İordaniyada ABŞ qüvvələrinə ölümcül pilotsuz təyyarə hücumuna necə cavab verəcəyinə qərar verdiyini bildirib. Jurnalistlər hücuma cavab verməyə qərar verib-vermədiyini soruşduqda, Bayden əlavə təfərrüatları açıqlamadan “bəli” cavabını verib. Qeyd edib ki, ABŞ bütün məsuliyyət daşıyanlara seçdiyi vaxtda və qaydada lazımi cavab verəcək. Xatırladaq ki, pilotsuz təyyarənin İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığındakı Amerika məntəqəsinə hücumu nəticəsində 3 ABŞ ordusu əsgəri həlak olub, onlarla əsgər yaralanıb. Amerikanın bölgədəki hərbi əməliyyatlarına rəhbərlik edən ABŞ Mərkəzi Komandanlığı dərhal hücumda Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplaşmaları günahlandırıb. Tehran hər iki ölkədə çoxsaylı şiə yaraqlılarını silahlandırır və onlara təlim keçir. “Bu üç amerikalının ölümünə görə İranı məsul tutub-tutmadığını” sualına Bayden cavab verib ki, Tehran bunu edən insanlara silah verir. Baydenin son hücuma ehtiyatlı cavab verməsi bəzi Respublikaçı senatorları, o cümlədən Cənubi Karolina senatoru Lindsey Qrahamı hiddətləndirib. Qraham mövqeyində qətidir. O bildrir ki, İranı vurmaq lazımdır: “İranı indi vurun. Onları sərt şəkildə vurun”. Bütün bunlar İranın ABŞ-ın cavab zərbələrinin hədəfi olacağını göstərir. İran hakimiyyəti isə yenə amerikalı əsgərlərin ölümü ilə bağlı məsuliyyət daşımadığını bəyan edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: “İrana qarşı əsassız ittihamların təkrarlanması ABŞ-ı bölgədəki münaqişəyə yenidən cəlb etməkdə və daxili problemlərini gizlətmək üçün münaqişənin daha da gərginləşməsində maraqlı olanların sui-qəsdidir”. Amma istənilən halda, İordaniya daxilində logistika obyekti olan T-22-yə  zərbə ilə bağlı vəziyyət Amerika isteblişmenti daxilində İrana mümkün cavabla bağlı müzakirələri intensivləşdirib. Respublikaçı senator Tom Kotton qeyd edir: “Bu hücumlara yeganə cavab həm İranda, həm də bütün Yaxın Şərqdə İran terror qüvvələrinə qarşı dağıdıcı hərbi cavab olmalıdır. Daha az şey Cozef Baydenin baş komandan olmağa layiq olmayan qorxaq olduğunu təsdiq edəcək”. Öz növbəsində, Senatın Kəşfiyyat Komitəsinin sədri, Respublikaçılar Partiyasını təmsil edən Marko Rubio da Baydeni İran üçün “birbaşa nəticələrə” zəmanət verməməkdə ittiham edib.

ABŞ-dakı ekspertlər və siyasətçilər İordaniyadakı hücumun regionda “oyunu dəyişdirən” hal olduğunu deyirlər. Onların fikrincə, bu, Ağ Evin Suriya və ya İraqdakı analoji insidentlərə adət etdiyindən daha qətiyyətli cavab tələb edir. Lakin İranın infrastrukturunun özünün hədəf kimi nə dərəcədə uyğun olduğu sual altında qalır. Ekspertlər bildirir ki, Yaxın Şərqdə hərbi-siyasi münaqişələr girdabına qərq olmaq ABŞ hakimiyyəti üçün çətindir. Həm də belə hal silahlı münaqişənin miqyasının artacağına gətirib çıxaracaq. Bu fonda Qərb nəşrlərinin mənbələri mümkün variantlar arasında İranın hərbi dəniz obyektlərinə zərbənin endirilməsinin adını çəkir. Pentaqon İrana cavab ssenariləri üzrə məsləhətləşmələrə başlayıb. Administrasiya rəsmiləri CNN-ə bildiriblər ki, Vaşinqtonun cavabı Amerikanın İraq və Suriyada əvvəlki özünümüdafiə zərbələrindən daha güclü olmalıdır. Bununla belə, “Politico” nəşrinin mənbələri iddia edir ki, İslam Respublikasına birbaşa hücum variantı masanın üstündədir. Seçimlər arasında Suriya və ya İraqdakı iranlı personalın hədəfə alınması daxildir. Pentaqon qeyd edir ki, bu, İsrailin müraciət etdiyi adi bir təcrübədir. Radikal ssenari də müzakirə olunur - İranın Fars körfəzindəki hərbi-dəniz obyektlərinin məhv edilməsi. İranın buna cavabı Yaxın Şərqdə dəhşətli savaşa yol açmaq iqtidarındadır. Belə olan halda Yaxın Şərqdə ABŞ hərbi obyektlərinə zərbələr artacaq. İndi diqqət həm də ona yönəldilir ki, İordaniya obyekti də daxil olmaqla ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşən hər bir baza pilotsuz təyyarələrin təhlükəsinə qarşı durmaq qabiliyyətinə malikdir. Müdafiə sistemlərinə çoxsəviyyəli kinetik və elektron müharibə sistemləri daxildir. Bununla belə, Pentaqon indi hava hücumundan müdafiə sistemlərinin necə təkmilləşdirilə biləcəyi ilə bağlı müzakirələrə açıqdır. Çünki İrana qarşı əmıliyyat Yaxın Şərqdə ABŞ bazalarının daha dəhşətli hücuma məruz qalmasını qaçılmaz edəcək.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031