KÖHNƏ VERSİYA            

Faşistlərin yürüşü, ardınca "Leninqrad uşaqlarının" təhqiri - İrəvanda faşizm dirçəlir...

Image

Şakir Ağayev: “Bütün region dövlətləri, o cümlədən də dünya birliyi Ermənistanda çiçəklənən faşizm ideologiyasının qarşısının alınması üçün səsini qaldırmalıdır”

Son illər Ermənistanda çox qabarıq şəkildə faşizm meyllərinin dirçəlişini izləyirik. Erməni cəmiyyəti artıq faşzim, revanşizm təmayülündə özünü  göstərir. 

Məlum olduğu kimi, bir neçə gün əvvəl İrəvanda ermənilər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı dediyi sözlərə görə “intiqam almaq” yolunu Rusiya bayrağını tapdamaqda və Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir etməkdə görüblər. Bu barədə sosial şəbəkələrdə videolar yayıblar. Onlar İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib, abidənin önünə qoyulmuş gül çələnglərini yıxıb, Rusiya bayrağını tapdalayıblar. Bu da Ermənistandakı “Rus evi”nin qəzəbinə səbəb olub. “Rus evi”  Leninqradın İkinci Dünya müharibəsi zamanı blokadası dövründə yaşamış uşaqların xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

Rusiya mediası xəbər verir ki, İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fetilov abidənin təhqir olunması barədə Ermənistan Baş Prokurorluğuna məktub ünvanlayıb.

Xatırladaq ki, yanvarın 30-da “Tik-Tok” sosial şəbəkəsində video paylaşan Samvel Şirinyan adlı şəxs Rusiya bayrağının rəmzi olan lentləri nümayişkaranə şəkildə qıraraq, abidənin qarşısındakı əklilləri kənara atıb, təhqiredici sözlər səsləndirib.

Digər bir məlumata görə, Rusiya Federasiyasının İstintaq Komitəsi İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına görə cinayət işi açacaq.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin artıq olayla bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bu barədə erməni mediası TASS-a istinadən məlumat verib. Qeyd olunur ki, sosial şəbəkələrdə bir nəfərin abidəyə yaxınlaşaraq çələngləri yıxaraq Rusiya bayrağının rənglərində olan lenti tapdaladığını əks etdirən kadrlar yayılıb. Hücum edən şəxs bütün hərəkətlərini birinci şəxslə lentə alıb. “Rusiya İstintaq Komitəsinin sədri A.İ.Bastrıkin idarənin mərkəzi aparatına bu faktla bağlı cinayət işinin başlanmasını və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə birlikdə baş verənlərin bütün hallarının müəyyən edilməsini tapşırıb. ”, - İstintaq Komitəsi vurğulayıb.

Departamentin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Ermənistan Baş Prokurorluğuna Ermənistandakı Rus Evinin (Rossotrudniçestvo) rəhbəri Vadim Fetilovdan İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidəni ləkələyən şəxsin cəzalandırılmasını tələb edən məktub daxil olub. “Baş Prokurorluğa Rusiya Evinin rəhbəri tərəfindən Ermənistanın Baş Prokurorluğuna ünvanlanmış məktub daxil olub”, - mətbuat xidməti qeyd edib.

“Ermənistanın  faşist düşüncəli, faşist ideologiyalı bir dövlət olması çoxdan hamıya məlumdur” 

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, İrəvanda baş verənlər Ermənistanda faşizmin yüksək həddə çatdığını göstərir. “İravanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi, İstintaq Komitəsi məsələ qaldırıb, Ermənistanın baş prokurorluğuna rəsmi məktub göndərilib. Təbii ki, bu yolverilməz və qəbuledilməzdir. Amma rəsmi İravan və ermənilər üçün bu az əhəmiyyət kəsb edir. Ermənistanın  faşist düşüncəli, faşist ideologiyalı bir dövlət olması çoxdan hamıya məlumdur. Bu ilk növbədə özünü Ermənistanın faşist Njdeyə abidə qoymasında və nasist əlaltılarının xatirəsini əbədiləşdirməsində göstərdi. Faşist Njdenin abidəsi dövlət xadimləri səviyyəsində ziyarət edilirsə, bu, ölkə hakimiyyətinin faşist düşüncəsində olduğunu, hələ bu düşüncədən azad olmadığını bir daha sübut edir. Hesab edirəm ki, Njdenin heykəli qoyulanda Ermənistana bu ittihamlar irəli sürülməli idi. Yadınızdadırsa, bu məsələni haqlı olaraq  Azərbaycan Prezidenti İlham Əliyev  Orta Asiyada MDB ölkələrinin tədbirlərindən birində qaldırmışdı, Njdenin heykəlinin faşist ideologiyasına xidmət etdiyini deyib, onun yığışdırılmasını tələb etmişdi.  Vaxtında bu barədə tədbir görüləməməsi indi  mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə nəticələnib. Biz ermənilərin faşist ideologiyasına xidmət etdiyini, faşist düşüncəsi ilə yaşadığını 30 il torpaqlarımızın işğalda olduğu dövrdə də görmüşük. Torpaqlarımızı işğaldan azad edəndən sonra onların orada faşistlərdən də daha betər əməllər törətdiyinin şahidi olmuşuq”-deyə Ş.Ağayev bildirdi. 

Ş.Ağayev hesab edir ki, ermənilərin faşist ruhunun bu gün özünü İrəvanda büruzə verməsi bizim üçün yenilik deyil, biz bunu yaxşı bilirik. “Bu gün Ermənistanda faşist ideologiyası yaşayır və o çox təhlükəli bir ideologiyadır. Ilk növbədə region, qonşular üçün, ikinci növbədə isə dünya üçün təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, Ermənistanda mövcud olan faşist ideologiyasının qarşısı alınmalıdır. Bu təkcə Rusiyanın Xarici İşlər Nazirliyi və İstintaq Komitəsinin işi olmalı deyil. Bütün region dövlətləri, o cümlədən də dünya birliyi Ermənistanda çiçəklənən faşizm ideologiyasının qarşısının alınması üçün səsini qaldırmalıdır. Buna qarşı tədbir görülməsə, gələcəkdə çox acı nəticələrə səbəb olacaq”-deyə Ş.Ağayev əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031