"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyirik" - NATO rəsmisi
NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bəyan edib ki, Alyans Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
“İstərdik ki, tərəflər arasında sülh danışıqları mümkün qədər tez bərpa olunsun. Biz bilirik ki, müxtəlif treklər var, ikitərəfli, ABŞ vasitəçiliyi ilə, Aİ vasitəçiliyi ilə. Dayanıqlı sülhə aparan münasibətlərin normallaşdırılması prosesi bu gün əsas elementdir. Biz iki xalqı belə bir sənədə imza atmağa vadar edən hər şeyi dəstəkləyəcəyik. Biz ABŞ-ın vasitəçiliyini, Avropa İttifaqının vasitəçiliyini dəstəkləyirik”, - Kolomina erməni KİV-inə müsahibəsində deyib.
ZÜMÜRD