NATO Ermənistanla yeni Əməkdaşlıq Planı hazırlayır, Plan yaxın həftələrdə işləyəcək...
Son günlər qərb dairələrinin təxribat oyuncağına çevrilən Ermənistana "maraq" getdikcə çoxalır. Artıq NATO da KTMT üzvü olan, amma gedtikcə bu qurumu boykot etməklə gündəmə gələn rəsmi İrəvanla isti münasibətlər qurmağa başlayıb. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistan-NATO yaxınlaşması barədə fikirlərini çatdırıb. A.Quliyev yazır: "NATO Ermənistanla hansısa Xüsusi Fərdi Tərəfdaşlıq proqramı hazırlayır və rəsmən verilmiş məlumata görə yaxın bir neçə həftədə reallaşacaq.Təbii ki, NATO- nun geosiyasi maraqları var, bu maraqların istiqamətlərindən biri Ermənistandır, Ermənistanın Rusiyanın KTMT sisteminə rəsmi bağlılığı NATO- nun planlarında onun əhəmiyyətini artırır və NATO Rusiyaya alternativ olaraq Ermənistanın üzərində təsirlərini artırmağa çalışır.
Mətləb Salahov