İmran Xana daha 14 il həbs cəzası kəsildi
Pakistanın keçmiş Baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib. “Dawn” nəşrinin yazdığına görə, keçmiş Baş nazir və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər.
Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib. Məlumata görə, proses Adiala həbsxanasında baş tutub.
Mətləb Salahov