Co Bayden Çin lideri ilə telefon danışığı aparacaq - Ağ Ev-dən rəsmi açıqlama
ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin yaxın vaxtlarda yeni telefon danışığı aparmaq niyyətindədirlər. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan xarici mediaya açıqlamasında deyib. "Biz razılaşdıq ki, Prezident Bayden və Sədr Si arasında tezliklə danışıq aparmaq lazımdır", - o, Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.
Mətləb Salahov