Səudiyyə vəliəhdi Qəzzaya görə ilk dəfə açıq şəkildə İsraili qınadı...
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi şahzadə Məhəmməd bin Salman Qəzza zolağında Israil hərbçilərinin hərəkətlərini pisləyib və hərbi əməliyyatların dayandırılmasına çağırıb.
«Biz Qəzza zolağında müşahidə etdiyimiz hərbi təcavüzü qınayırıq», - deyə o, Ər-Riyadda keçirilən Ərəb-Afrika sammiti zamanı bildirib.
Yaxın Şərq mətbuatı yazır ki, bu, Məhəmməd bin Salmanın Qəzza zolağındakı vəziyyətlə bağlı ilk ictimai bəyanatıdır.
«Biz bu müharibəyə son qoymağın və vətəndaşların zorla köçürülməsinin vacibliyini vurğulayırıq», - deyə o bildirib.
Onun sözlərinə görə, sabitliyə qayıtmaq və sülhün bərpası üçün şərait yaratmaq lazımdır.
TAHİR