Makronun yarıtmaz aqrar siyasətinə üsyan edən fermerlər Parisi mühasirəyə aldı
İqlim böhranı səbəbindən iqtisadi çətinliklərlə üzləşən avropalı fermerlər dövlətlərin aqrar siyasətinə qarşı küçələrə çıxıb. Fransada başlayan fermer etirazları Hollandiya və Almaniyaya da yayılıb.
Şəhər mərkəzlərinə doğru irəliləyən qəzəbli fermerlərin etiraz aksiyalarında zorakılıqlar günü-gündən artır. Avropada fermerlərin etirazları xüsusilə Parisə və digər böyük şəhərlərə ciddi təsir edir. Fermerlər maliyyə çətinliklərinə və aqrar siyasətə qarşı çıxırlar.
Paris, Almaniya və Belçika kimi bir çox böyük Avropa şəhərləri qitənin fermerləri tərəfindən mühasirəyə alınıb. Parisin çevrəsinə zirehli maşınlar və əlavə 5000 polis cəlb edilib, fermerlər isə şəhərin "qismən hərbi" blokasına başlayıblar.
Dünən axşam saatlarında Parisə daxil olan altı böyük yol ayrıcında 1500 traktor yerləşdirilib. Kənd təsərrüfatı işçiləri artan xərclərə qarşı daha çox qorunma və AB-nin aqrar xalis sıfır siyasətinə son qoyulmasını tələb edirlər.
Fermerlər yüzlərlə traktorla birlikdə Parisin qərbindəki A13 avtomobil yolunu, şərqdəki A4 avtomobil yolunu və A6 avtomobil yolunu bağlayıb. Onların ilkin məqsədi Parisə gedən əsas marşrutları bağlamaqdır. Digər hədəf “Parisin qarnı” adlandırılan Rungis Beynəlxalq Bazarı olub. Çünki bu bazar paytaxtın əksər restoran, kafe və supermarketlərinə xidmət göstərir.
Fransanın FNSEA kənd təsərrüfatı birliyinin direktoru Stephane Sançez, "Paris mühasirəsi"nin "qismən hərbi" dəqiqliklə hazırlandığını söyləyib. Oxşar mühasirələr Lion, Limoges və Tuluza kimi digər şəhər və qəsəbələrdə də baş verib. Böyük tıxaclar yaranıb və ərzaq çatdırılması dayandırılb.
Kənd kəsərrüfatı naziri Mark Fesneau fermerləri “zorakılığa və dağıntılara sıfır dözümlülük” göstərməyə çağırıb. Daxili işlər naziri Gerald Darmanin isə etirazların Parisin Charles de Gaulle və Orly hava limanlarına və şəhərin cənubundakı Rungis beynəlxalq topdansatış ərzaq bazarına təsir göstərməsinə icazə verməyəcəklərini deyib.
TAHİR