Rusiya-Ukrayna müharibəsi “Koreya ssenarisi” ilə bitəcək... Kiyev torpaqlarının Rusiyaya birləşdirilməsinə göz yumacaq - ŞOK İDDİA...
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Rusiya və Ukrayna arasında danışıqların 2024-cü ilin sonuna qədər başlaya biləcəyini deyir.
Stavridisin təxminlərinə görə, bu ilin sonuna qədər, bəlkə də ABŞ seçkilərindən sonra potensial danışıqlar üçün fürsət yarana bilər.
Rusiya və Ukraynanın uzun sürən münaqişələr səbəbindən tükənmə üzrə olduğunu ifadə edən təqaüdçü ABŞ generalı bunun dialoq fürsəti yarada biləcəyini deyir. Stavridis, hər iki tərəfin yaşadığı çətinliklərə baxmayaraq, xarici mənbələrdən dəstək almağa davam etdiklərini və bunun sülh sazişinin imzalanmasını gecikdirəcəyini bildirib.
Rusiya ilə Ukrayna arasında qarşıdurmaların “Koreya ssenarisi” ilə bitəcəyini proqnozlaşdıran ABŞ generalı Kiyevin ölkənin şərqindəki torpaqların və Krımın Rusiyaya birləşdirilməsinə, Moskvanın isə Ukraynanın Qərb blokuna inteqrasiyasına göz yummalı olacaqlarını deyib.
Tahir TAĞIYEV