Azərbaycan GUAM-dan və "Şərq Tərəfdaşlığı"ndan çıxacaq...
Gürcüstan, Ukrayna və Moldova deputatları AŞPA-da Azərbaycanın əleyhinə özbaşlarına səs vermədilər ki... Bu təlimatı verənlər oldu, onlar da icra etdilər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev bildirib ki, Ukrayna Avropadan asılıdır, Moldova Avropaya can atır, gürcülər Avropa ilə Rusiyanın arasında qalıblar: "Azərbaycan bu ölkələrlə GUAM adlı təşkilatda necə qala bilər?! Heç "Şərq Tərəfdaşlığı" adlanan Avropa proqramında da onlarla birgə ola bilməz".
Tahir TAĞIYEV