Şahin Mustafayevlə Qriqoryan sabah Qazax sərhədində görüşəcəklər...
Yanvarın 31-də Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların işi çərçivəsində növbəti görüş keçiriləcək.
Bu barədə Ermənistan baş nazirinin müavininin ofisi açıqlama yayıb.
Görüş Azərbaycan-Ermənistan sərhədinin İcevan və Qazax hissəsində keçiriləcək.
Xatırladaq ki, tərəflər sonuncu dəfə ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədinin sözügedən hissəsində görüşüblər.
Tahir TAĞIYEV