KÖHNƏ VERSİYA            

“Qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar”

Image

Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanın uğurlarından sonsuz fəxarət hiss ilə bəhs edirik. Son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimiz Azərbaycan gəncliyinin hansı potensiala malik olduğunu, torpaq, Vətən sevgisini nümayiş etdirdi.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizin tam təmin olunmasının dünyaya təqdimatlarından olan Xankəndi şəhərində ötən ilin 8 noyabr tarixində, Zəfərimizin üçünçü ildönümü münasibətilə  keçirilən hərbi paradda söylədiyi «Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir” fikirləri özündə bütün məqamları ehtiva edir. 

Bugünümüzün reallıqları Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi bu çağırışın təsdiqidir: “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır”. Bu kimi çağırışlar sırasında belə bir mühüm məqam da qeyd edilirdi ki, gənclərimiz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi yaxşı bilməli, inkişaf etdirməli, onların əsl təbliğatçısına çevrilməlidirlər. Gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə edilməsi bütün dövrlərin əsas hədəfləri sırasında olub. Gənclərə diqqət və qayğı Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin əsasını təşkil edib. Hələ hakimiyyətinin birinci mərhələsində ölkəmizin müstəqil gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərini keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Bu, gənclərin yüksək təhsil əldə etmələri ilə yanaşı, Azərbaycanın varlığının, onun tarixinin, milli-mənəvi dəyərlərinin, elminin təbliğində öz sözünü dedi.  Hərbi kadrların yetişdirilməsi məqsədilə Ümummilli Liderin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycan respublikasında hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Gənclər dövlətimizin onlara   göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sahələrində fəallıqlarını daha da artırdılar. Məhz bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. 

Ümummilli Liderin Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları əsasında 2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə böyük etimadın göstəricsidir. Gənclərimizin potensialından səmərəli istifadə, həmçinin onların inkişafını təmin etmək, ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırmaq məqsədilə mühüm Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, gənclərimiz ölkəmizdə keçirilən bütün seçki proseslərində xüsusi fəallıqları ilə diqqətdə olurlar. Hazırda bu fəallıq, ab-hava özünü daha aydın şəkildə büruzə verir. Azərbaycana zəfərlər qazandıran, gənclərin öz potensial imkanlarını səfərbər etmələri üçün geniş meydan açan, onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas hədəf kimi qarşıya qoyan siyasətin uğurlu nəticələri göz önündədir. Cənab İlham Əliyev tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında bu çağırışı etmişdir: “Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq”. Bu gün gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması  əsas çağırış kimi qarşıya qoyulub. Yeni Azərbaycan Partiyasının tərkibində Veteranlar Şurasının yaradılmasını önəmli addım kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışı etdi ki, gənc nəslin nümayəndələri ilə görüşlər keçirilməli, onlara Azərbaycan həqiqətləri barədə məlumatlar verilməlidir. Gənc nəsil bilməlidir ki, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. 

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ölkə gənclərinin böyük əksəriyyəti gələcək taleyini Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a bağlayaraq bu siyasi təşkilatda potensiallarını nümayiş etdirmək üçün böyük meydan görürlər. Bugünkü gənclər bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Dövlət quruculuğu işlərində gənclərə daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq bu gün Azərbaycan gənclərinin yeni texnologiyaların mənimsənilməsinə və tətbiqinə göstərdiyi maraq diqqətdən kənarda qalmır. Heç də təsadüfi deyil ki, Azərbaycan beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınır. Azərbaycan brendi kimi dünyaya səs salan, yeniliyin təqdimatı olan “ASAN xidmət”, DOST mərkəzlərindən çalışanların böyük əksəriyyəti gənclərdir. Gənclərimizin könüllülər hərəkatı “ASAN xidmət”dən başlanıldı. Onlar burada əldə etdikləri təcrübədən bəhrələnərək digər sahələrdəki fəaliyyətlərində bu yenilikləri geniş tətbiq edirlər. Müasir dünyagörüşünə, biliyə malik olan gənclik öz ideyaları ilə gələcək inkişafa böyük töhfə verməyə səy göstərir. Bu, Azərbaycan gənclərinin dövlət başçısı İlham Əliyevin “Biz daim irəli baxmalıyıq” çağırışını əməli fəaliyyətləri ilə təsdiqləmələrinin göstəricisidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu misilsiz töhfələr verir. Belə ki, Fond Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir. Məqsəd gənclərin hərtərəfli yetişdirilməsi, onların Azərbaycanın gələcək inkişafına öz potensial imkanlarından istifadə etməklə töhfələr vermələridir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri gənclərimizdə özünəgüvən hissini daha da artırır, onlar dövlətimizin başçısının ətrafında daha sıx birləşərək gələcəyə böyük inamla, yeni-yeni hədəflərlə irəliləyirlər. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031