KÖHNƏ VERSİYA            

Senat Ağ Evə təzyiqlərə başladı - İranla müharibəni başlayın

Image

Ən azı üç ABŞ hərbçisinin ölümü və bir çoxunun yaralanması ilə nəticələnən İrana bağlı qrupun pilotsuz təyyarəsinin hücumuna cavab olaraq, ABŞ-da İrana qarşı hərbi əməliyyatların aparılmasına dair çağırışlar artır. 

Qeyd edək ki, ötən ilin oktyabr ayında İsrail-Qəzza müharibəsi başlayandan bəri Yaxın Şərqdəki bazalara edilən hücumlarda onlarla ABŞ əsgəri yaralansa da, amerikalıların ilk dəfə öldürülməsi qeydə alınıb.

Beləliklə, İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən ABŞ qoşunlarının mövqelərinə dron hücumu zamanı üç amerikalı hərbçinin həlak olmasının ardınca Respublikaçılar prezident Co Baydeni Amerika əsgərlərini Yaxın Şərqdə asan hədəfə çevirməkdə ittiham edirlər. Onların fikrincə, ABŞ bazalarına belə hücum gözlənilirdi və zərbə yanvarın 29-da sübh çağı endirilib. Respublikaçılar israr edirlər ki, indi Bayden bu hücuma mütləq cavab verməlidir. Respublikaçı senator Tom Koton bu barədə deyib: “O bizim qoşunlarımızı asan yemə çevirib. Bu hücumların yeganə cavabı İranın həm öz ərazisindəki, həm də Yaxın Şərq boyunca qüvvələrinə dağıdıcı hərbi zərbə endirilməsidir”. ABŞ Konqresində silahlı qüvvələrə nəzarət komitəsinin Respublikaçı rəhbəri Mayk Rocers də İrana qarşı hərəkətə çağırıb: “Baydenin nəhayət, İranın terrorçu rejimindən və onun əlaltılarından onların bu hücumları üçün haqq-hesab tələb etməsinin vaxtı çoxdan çatıb”. Qarşıdan gələn seçkidə Baydenə rəqib olmağa ümid bəsləyən keçmiş prezident Donald Tramp deyib ki, bu hücum Baydenin zəifliyinin və təslimçiliyinin nəticəsidir. Bayden administrasiyası isə israr edir ki, dünya boyunca ABŞ hərbçilərinin müdafiəsi üçün bütün lazımi tədbirləri görür. Amma Demokratları təmsil edən konqresmenlərdən biri açıq şəkildə bəyanan edib ki, Baydenin İsrail-HƏMAS münaqişəsini Qəzzada cilovlamaq strategiyası uğursuzluğa düçar olub. Demokrat Barbara Li bu fonda qeyd edir: “Biz indi görürük ki, vəziyyət nəzarətdən çıxır. Bu, regional müharibənin başlanğıcıdır və təəssüf ki, bunun ziyanını Birləşmiş Ştatlar və qoşunlarımız çəkir”. İraq müharibəsində dörd müddət dəniz piyadası kimi xidmət etmiş demokrat konqresmen Set Multon isə Respublikaçıların müharibə çağırışlarına qarşı çıxıb. Multon deyib ki, çəkindirmə çətindir, amma müharibə bundan da pisdir: “Qırğı cücələri İranla müharibəyə çağırırlar. Siz düşmənin əlinə oynayırsınız. Görək, sizlər oğul və qızlarınızı döyüşə göndərməyə hazırsınızmı? Biz öz şərtlərimizlə və öz zamanında effektli, strateji cavab verməliyik”. Cənubi Karolinadan olan senator Lindsey Qraham da daxil olmaqla bir sıra tanınmış ABŞ siyasətçisi də İranı vurmağa çağırıb. Qraham özü bu xüsusda qeyd edib: “İranı indi vurun. Onları sərt şəkildə vurun”. O əlavə edib ki, Ağ Evin ABŞ qüvvələrinə qarşı təcavüzün qarşısını almaq səyləri uğursuzluqla nəticələnib: “Mən Baydenin milli təhlükəsizlik komandasına İranı çəkindirmək üçün inamımı çoxdan itirmişəm. Əgər onlar indi siyasətlərini dəyişməsələr, bunun əvəzini bölgədəki daha çox Amerika hərbçisi ödəyəcək. İran rejiminin anladığı yeganə şey gücdür. Onlar öz infrastrukturu və şəxsi heyəti ilə əvəzini ödəməyənə qədər ABŞ əsgərlərinə hücumlar davam edəcək”. Senator Tim Skott isə qeyd edib:  “İranın sakitləşməsinə son qoyulmalıdır. Aydın və qətiyyətli addım atmağın vaxtıdır və İran öz etibarlı şəxslərinin bədxah fəaliyyətlərinə görə cavabdeh olmalıdır”. Senator Con Korni də məsələyə lakonik münasibət sərgiləyib: “Tehranı hədəfə alın”.

“Reuters” yazır ki, bəzi ekspertlərin fikrincə, İran qüvvələrinə İranın öz ərazisində zərbələr endirilməsi Tehranı sərt cavaba sövq edə, vəziyyəti gərginləşdirə, Birləşmiş Ştatları Yaxın Şərqdə birbaşa müharibəyə çəkə bilər. “New American Security” mərkəzinin direktoru Conatan Lord deyib ki, İran ərazisinin vurulması dərhal Tehran rejimi üçün ölüm-qalım məsələsini ortaya çıxaracaq. Vaşinqtonda mənzillənmiş Yaxın Şərq İnstitutundan Çarlz Lister  isə bildirib ki, ABŞ böyük bir ehtimalla İranın Suriya və İraqda dəstəklədiyi yüksək əhəmiyyətli qruplaşmaları hədəfləyəcək: “Baş verənlər son iki-üç ayda proksilərin etdiklərindən tamamilə fərqlənir, amma İranla nə isə etmək çağırışlarına baxmayaraq, administrasiya buna getməyəcək”. “Reuters” agentliyinə adının çəkilməməsi şərtilə danışan ABŞ müdafiə rəsmisi deyib: “ABŞ-ın tammiqyaslı müharibəyə hazır olmadan İrana hücum etməsi bizim üçün hansı nəticələrə gətirib çıxara bilər?”. Bundan əvvəl İranın xaricindəki İran hədəflərinə ABŞ zərbələr endirib.  Listerin fikrincə, təcrübə göstərir ki, hədəfin çox yüksək və qiymətli olduğu vaxtlarda İran həmişə birinci olaraq gözünü qırpıb. Bəzi müşahidəçilər Yaxın Şərqdə münaqişənin genişlənməsindən narahatlıq bildiriblər. NATO baş katibi Yens Stoltenberq İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib: “İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir”. Rus ekspert Andrey Çupriqin məsələ ilə bağlı bildirib: “Düşünürəm ki, amerikalılar bu hücumu həyata keçirən qrupa qarşı xüsusi əməliyyat növlərindən birini keçirəcəklər. Məhv etməyə yönəlmiş xüsusi əməliyyatdan söhbət gedir. Yaxın Şərqdə hazırkı vəziyyət elədir ki, amerikalılar bu hadisəyə qətiyyətlə reaksiya verməməyi özünə rəva bilmir. Böyük müharibə heç kimə lazım deyil, bunun heç bir faydası yoxdur. Defolt olaraq hamı barmağını İrana yönəldir, lakin bunun belə olması fakt deyil. İndi amerikalılar qərar qəbul etmək üçün kəşfiyyatı təhlil edirlər”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031