KÖHNƏ VERSİYA            

Dinamik inkişaf üçün fikir və söz azadlığına borcluyuq...

Image

Bu gün Azərbaycanda cəmiyyətdə açıq fikir mübadiləsinə, medianın səmərəli və azad fəaliyyətinə ən yüksək səviyyədə şərait yaradılıb.

Yeni müstəqillik illərində informasiya sahəsinin demokratikləşməsi və liberallaşdırılması, söz və məlumat azadlığının təmin edilməsi sahəsində xeyli işlər görülüb, mühüm nəticələr əldə edilib. Bu sahədə münasibətləri bərabərlik və plüralizm prinsipləri əsasında səmərəli tənzimləyən qanunvericilik aktları formalaşdırılıb.

Media üçün əlverişli şərait dövlətlə cəmiyyət arasında əməli dialoqa yol açır 

Ölkəmizdə vətəndaşların informasiya hüquqlarının müdafiəsinə konstitusiya təminatının gücləndirilməsinə xidmət edən qanunların qəbulu bu istiqamətdə mühüm addım olub. Vətəndaşlarda ölkədə aparılan islahatlara bağlılıq hissinin gücləndirilməsində, onların hüquq mədəniyyətinin, ictimai-siyasi fəallığının artırılmasında isə indi media mühüm rol oynayır. Söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş informasiya sahəsində islahatlar zamanı medianın fəaliyyətinin lisenziyalaşdırılması prosedurlarının sadələşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Kütləvi informasiya vasitələrinin qeydiyyatı olduqca sadə formaya salınıb. Bu, media qurumları arasında rəqabət mühitinin inkişafına, plüralizmə, milli informasiya məkanının istifadəçilər tərəfindən tələb olunan müvafiq informasiya ilə doldurulmasına şərait yaradır.

Azərbaycanın qanunvericiliyi və hüquq tətbiqetmə təcrübəsi hər bir şəxsin öz fikrini azad ifadə etmək hüququna təminat verir. Bu hüquqa hər cür məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Bunlar yalnız qanunla məhdudlaşdırıla bilər və sadəcə başqalarının hüquq və ya reputasiyasını, yaxud milli təhlükəsizliyi, ictimai asayişi təmin etmək üçün tətbiq olunur. Dərc olunan materialların düzgünlüyünə görə jurnalistlərin hüquqi və peşəkar məsuliyyətinə xüsusi diqqət yetirilir. Vətəndaşların şərəf və ləyaqətini ləkələyən, bilə-bilə yalan məlumatların yayılmasının yolverilməzliyi və məsuliyyəti ilə bağlı hüquqi normalar var ki, bunlar ilk növbədə insan ləyaqətinə hörmətin hüquqi təminatlarının təmin edilməsindən qaynaqlanır. Eyni zamanda onlar hüquq normalarının gücləndirilməsinə xidmət edir, mentalitetimizə və mədəniyyətimizə xas olan hörməti özündə ehtiva edir. Media azadlığını gücləndirmək, jurnalistlərin vətəndaş məsuliyyətini və mənəvi cəsarətini artırmaq, insan hüquqları sahəsində fəaliyyəti gücləndirmək məqsədilə Azərbaycan beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan söz, məlumat və mətbuat azadlığına böyük əhəmiyyət verir. Ölkədə insan hüquqlarının konstitusiya təminatının gücləndirilməsi məqsədi ilə demokratik islahatların təməlində insan-cəmiyyət-dövlət prinsipi dayanır. Vətəndaş cəmiyyətinin fundamental institutu kimi medianın statusunun yüksəldilməsi müvafiq hüquqi bazanı gücləndirir. Bu hal bir tərəfdən, ictimai nəzarətin daha həqiqi, qərəzsiz və ədalətli strukturunun yaradılmasına kömək edir. Digər tərəfdən, ictimai nəzarət nəticəsində aşkar edilən qanun pozuntuları və çatışmazlıqlar barədə məlumatların əsassız olaraq gizlədilməsinə qarşı təminat rolunu oynayır. Qanunvericilik bazası media və vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması üçün geniş imkan və müdafiə təmin edir. Media azadlığı və onların informasiya axtarmaq, almaq, istifadə etmək və yaymaq hüququna ciddi təminat verilir. Bu normaların məqsədi media üçün ən əlverişli şərait yaratmaq, dövlətlə cəmiyyət arasında əməli dialoq qurmaqdır.

Açıq və şəffaf cəmiyyət üçün hərtərəfli şərait mövcuddur 

İndi Azərbaycanda medianın və jurnalistlərin inzibati təzyiqdən qorxmadan təhlükəsiz fəaliyyəti təmin olunur. Bundan əlavə, açıq və şəffaf cəmiyyət üçün şərait yaradılır. Bu baxımdan Azərbaycan müasir rəqəmsal əsrdə demokratik hüquqi dövlət və ədalətli, açıq cəmiyyət quran ölkələr sırasında yer alır.

Şübhəsiz ki, söz, fikir və məlumat azadlığı, eləcə də vətəndaşların iradəsinin məhdudiyyətsiz ifadəsi, media azadlığı və dövlət institutlarının şəffaflığı Azərbaycanın tərəqqisini qiymətləndirmək üçün əsas meyarlara çevrilib. Bu elementlər ölkədə qeyri-məhdud ifadə üçün şərait yaratmağa kömək etməklə yanaşı, həm də mediadan sosial məsuliyyəti dərindən dərk etməyi tələb edir. İndi ölkədə

informasiya fəaliyyəti sahəsində hüquq və azadlıqlarının müdafiəsi, milli informasiya infrastrukturunun təkmilləşdirilməsi və onun dayanıqlı fəaliyyətinin təmin edilməsi cəmiyyətin maraqları sistemində mühüm yer tutur. Həqiqətin və ədalətin tanınması, söz və məlumat azadlığının aydınlığı, açıqlığı, ilk növbədə, cəmiyyətdə gedən bütün islahatlar və proseslərdə fikir və söz azadlığının nə dərəcədə təmin olunmasından asılıdır. Yuxarıda qeyd edildiyi kimi söz və fikir azadlığı bütün vətəndaşların hüququdur. Öz növbəsində, media azadlığı siyasi senzura, hədə-qorxu və ya hər hansı siyasi təzyiq olmadan neqativləri tənqid etmək hüququnun həyata keçirilməsi deməkdir. Belə azadlıq şəraitində jurnalist sözü əksər hallarda ictimai fikri kökündən dəyişməyə qadirdir. Jurnalistlərin çiyninə düşən məsuliyyət cəmiyyətdə aparılan bütün islahatların mövcud qanunvericiliyə, ictimai-siyasi və hüquqi savadlılığın tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılmasının zəruriliyini müəyyən edir. Söz və məlumat azadlığının təmin edilməsi, aparılan bütün islahatların və proseslərin aşkarlığı, aydınlığı əksər hallarda proseslərin media tərəfindən nə dərəcədə azad və demokratik işıqlandırılmasından asılıdır. Söz və mətbuat azadlığı, cəmiyyətdə aparılan islahatların açıqlığını və aydınlığını təmin edən demokratik prinsiplər ölkəmizdə sadəcə, kağız üzərində yox, praktik həyata daxil olur, cəmiyyətin keyfiyyətcə yenilənməsi və inkişafı üçün prioritetə çevrilir. Azərbaycanda söz, mətbuat, fikir azadlığı mahiyyətcə açıqlıq, aydınlıq, ədalət və demokratiya anlayışları ilə uzlaşır ki, bu da cəmiyyətdə aparılan bütün islahatların mahiyyətini dolğun şəkildə ortaya qoyur. Söz və məlumat azadlığının hüquqi tənzimlənməsi sisteminin yaradılması təcrübəsinin ümumiləşdirilməsi və bu sahədə yaranan problemlərin elmi-praktik öyrənilməsi vətəndaş cəmiyyəti quruculuğunda da böyük rol oynayır. Bütün bunlar həm də uğurlu tərəqqinin əsas təməl daşlarından biridir.

Ramil QULİYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031