KÖHNƏ VERSİYA            

Dilican da tarixən bizim olub - erməniləri qızdıran fakt...

Image

Qasım Hacıyev: "Dilican tarixi Azərbaycan torpağıdır, onun ermənilərə verilməsi tarixi də məlumdur" 

Qərbi Azərbaycan tarixinin, oradakı tarixi abidələrin, qədim məbədlərin, bir sözlə, xristian alban, türk irsinin öyrənilməsi və tanıdılması Ermənistanda ciddi narahatlıq doğurur. Bilirik ki, Qərbi Azərbaycan ərazisi alban vəngləri-məbədləri ilə zəngindir. 

Loru mahalında, Allahverdi rayonunda yerləşən Ağarçin məbədi ilə bağlı Azərbaycan tədqiqatçılarının üzə çıxardığı faktlar, onun əsl alban məbədi olduğunu sübut etməsindən rahatsız olan erməni mətbuatı yenə də bizə qarşı hücum təşkil edib, eyni zamanda da Azərbaycanı "ərazi iddiasında" ittiham edir. Guya ki, Dilicanda yerləşən bu abidə, məbəd "ermənilərə aid imiş". 

“Hayk Mədəniyyət Ombudsmanı” Ovik Ovanesov iddia edir ki, guya Ağarçin "erməni məbədidir". O, saxtakarcasına iddia edib ki, guya onu azərbaycanlılar "saxtakarlıq obyektinə çevirib" .

Azərbaycan tədqiqatçılarının Dilican və Ağarçin kəndini (kəndin adını erməniləşdirilib Haqartsin qoyublar - İ. S)  tarixi Azərbaycan yaşayış məntəqələri, Ağarçin monastır kompleksini isə alban məbədi kimi təqdim etməsi bunları yaman yandırıb. Dilicana və başqa ərazilərimizə yiyələndikləri bəs deyil, hələ kəndlərin, məbədlərin adlarını da erməniləşdiriblər. 

Dilican tarixi Azərbaycan ərazisidir. Mənbələrə görə, Ermənistan Sovet imperiyası dövründə, 1922-ci ildə Göyçə və Dilican əraziləri və başqa torpaqlar ermənilərə verilib. 

Qazax qəzasının Dilican bölgəsi Azərbaycandan qoparılıb Ermənistan Respublikasını təşkil etmək üçün ermənilərə bağışlanıb.

Yazılanlara görə, Dilican 1826-cı ilədək Qazax mahalının kəndlərindən biri olub. O, 1919-cu ilədək Azərbaycanın tərkibində Qazax-Dilican qəzası adlanırdı. İyirminci illərdə qəza ləğv edildi, rayon yaradıldı. Sonra da Dilicanın adını dəyişib “Krasnoye selo” (yəni Qırmızı kənd) qoydular. Halbuki, Ermənistanda sovet hakimiyyəti yarananadək Dilican Gəncə quberniyasının Qazax qəzasının tərkibində idi. 

Məlumata görə, Dilican rayonunda 21 azərbaycanlı, 8 erməni kəndi vardı. 1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar müxtəlif üsullarla vəzifələrdən çıxdaş edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar. Yada salaq ki, azərbaycanlılar yaşamış Qaraqoyunlu mahalının bir hissəsi bu ərazidə yerləşir. Qaraqoyunlu mahalının digər hissəsi isə Göyçə mahalının Çəmbərək rayonu (indiki Krasnoselsk) ərazisində yerləşir. Bu barədə mətbuatda yazılıb. 

"Ermənilərin Dilicanda heç bir tarixi irsi olmayıb, çünki onlar o torpaqlara çox-çox sonralar gəliblər" 

AMEA-nın Qafqazşünaslıq  İnstitutunun Qafqaz tarixi şobəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ümumiyyətlə, təkcə Dilican yox, indiki Ermənistanın bütün torpaqları - İrəvan, Vedibasar, Çuxursəd və başqaları hamısı tarixi Azərbaycan əraziləridir:" Bunu onların adları da təsdiqləyir. Qərbi Zəngəzur, Dilican dərəsi və digər torpaqların hamısı Azərbaycan torpaqlarıdır. XIX əsrin birinci yarısından ermənilər ora gəlib. Ondan əvvəl heç o ərazilərdə toplam 100 nəfər erməni olmayıb. Ermənilər orada kütləvi şəkildə yaşamayıb. Bu torpaqlarda ermənilərin heç bir tarixi irsi, abidəsi, mədəniyyəti ola bilməz. Ona görə də, bir daha deyirəm, Qərbi Azərbaycandakı bütün tarixi abidələr Azərbaycan xalqına məxsusdur, o torpaqlar Azərbaycan torpaqlarıdır. Bu ərazidə Ermənistan yaradıldığına baxmayaraq XIX əsrə qədər olan irs Azərbaycan-türk xalqına mənsubdur. Bu səbəbdən də ermənilərin o abidələrə, vənglərə, məbədlərə iddiaları onların saxtakarlığından və öz kölgələrindən qorxmaqlarından ibarətdir. Bilirsiz ki, o torpaqlar haqda cənab Prezident dəfələrlə açıq fikirlər bildirib. Bu gün soydaşlarımızın ora qayıtmaq məsələsi çox aktualdır. 

Onlar bilirlər ki, Azərbaycan xalqı gec-tez öz tarixi torpaqlarına qayıdacaq. Təbii, onlar heç cür istəmirlər ki, azərbaycanlılar öz el-obasına qayıtsın. Odur ki, bu cür yalan, saxtakarlıq dolu iddialar irəli sürürlər".

Q.Hacıyev vurğuladı ki, Qərbi azərbaycanlıların geri qayıdış məsələləri ermənilərin bütün əməllərini ifşa edir. Onların Azərbaycana qarşı əsassız iddialar səsləndirməsinin kökündə Qərbi Azərbaycana qayıdışın qarşısının alınması dayandığını deyən Q. Hacıyev bildirdi ki, ermənilərin nə apardıqları mənfur siyasət, nə də onların xaricdəki havadarları, beynəlxalq qurumlardakı dəstəkçiləri bu prosesin qabağını ala biləcək. "Dilican tarixi Azərbaycan  torpağıdır, onun ermənilərə verilməsi tarixi də məlumdur. Ermənilərin Dilicanda heç bir tarixi irsi olmayıb, çünki onlar o torpaqlara çox-çox sonralar gəliblər. Bu gün isə bizim abidələrə qarşı əsassız iddialar irəli sürürlər. Azərbaycanı "ərazi iddiasında" ittiham edən ermənilər heç olmasa dönüb arxaya baxsınlar, görsünlər ki, işğalçı kimdir. Azərbaycan dövlətinin heç kəsin ərazisində gözü yoxdur, sadəcə azərbaycanlıların o torpaqlara qayıtmaq haqqı var. Bu təmin olunmalıdır" - deyə Q.Hacıyev qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031