KÖHNƏ VERSİYA            

UNESCO missiyası ya İrəvana da gedəcək, ya da Qarabağa buraxılmayacaq...

Image

Səbuhi Hüseynov: "UNESCO bu vandalizm hərəkətlərinə göz yumduqca, Ermənistan ərazisində Azərbaycan xalqının maddi mədəni irsinə qarşı ermənilərin apardığı dövlət siyasəti daha da artmaqda və abidələrimiz məhv edilməkdədir”

İndiki Ermənistan ərazisində Azərbaycan türklərinə məxsus abidələri yer üzündən silən, silə bilmədiklərini erməniləşdirən, tarixi Azərbaycan şəhəri İrəvandakı abidələri məhv edən, qədim məhəllələri viran qoyan, bütün gücü ilə Təpəbaşı məhəlləsini inkar etməyə çalışan Ermənistan hökümətinin nümayəndələri gündə bir sərsəm açıqlama ilə gündəmi zəbt etməyə çalışır. 

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın açıqlaması da bu qəbildəndir. 

Xam xəyallara düşən erməni nazir müavini Qarabağdakı "erməni mədəni irsinin" nazirliyin gündəliyində olduğunu deyib. O bildirib ki, "bu məsələni" UNESCO-nun icra orqanlarında, aidiyyəti qurumların qarşısında qaldırırlar. "Yadınızdadırsa, 2020-ci ilin dekabrında UNESCO-nun İcraiyyə Şurası qərar vermişdi ki, vəziyyəti və mədəni irs abidələrinin vəziyyətini yerində izləmək üçün" Dağlıq Qarabağa "faktaraşdırıcı missiya göndərilməlidir”, - Kostanyan bildirib.

Ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsində israrlı olduğunu iddia edən nazir müavini, nədənsə, tarixi gerçəyi unudur. 

Məlumdur ki, hələ torpaqlarımız işğal altında olduğu dövrlərdə Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edib Qarabağa missiya göndərməsini tələb edəndə, UNESCO bu çağırışlara əhəmiyyət vermədi, çünki onun üçün Azərbaycan abidələrinin taleyi maraqlı deyildi. Amma Vətən müharibəsindən sonra bir ovuc etməninin yalanlarına uyub Qarabağa missiya göndərmək istəyən UNESCO-nun müraciətinə Azərbaycanın müsbət cavab verməməsi təbiidir. İndiki Ermənistan ərazisində Azərbaycan abidələrinin hansı vəziyyətə salındığını, işğal dövründə Qarabağdakı və ətraf rayonlardakı abidələrin başına ermənilərin hansı oyunlar gətirdiyini UNESCO nəzərə almadı. Hər dəfə məsələyə birtərəfli yanaşdı.

Yeri gəlmişkən, UNESCO-nun təkcə Qarabağa deyil, bütövlükdə bölgəyə faktaraşdırıcı missiya göndərəcəyi barədə razılığı da gərək erməni nazir müavini unutmayaydı. Bu barədə 2022-ci il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda baş tutan görüşdə razılıq əldə olunmuşdu.

Təbii ki, Azərbaycan hər zaman regiona faktaraşdırıcı missiyanın təşkilində maraqlı olub. Çünki Azərbaycana məxsus mədəni irsin vəziyyətinin qiymətləndirilməsinə ciddi ehtiyac var. Amma bu gün Ermənistan Xarici işlər nazirinin müavini bütün regiona, o cümlədən də Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini tələb etmək əvəzinə deyir ki, ölkəsi Qarabağa UNESCO missiyasının göndərilməsini istəyir. 

Əlbəttə, UNESCO Ermənistana missiya göndərməsə, onun Qarabağa missiya göndərməsi qəbuledilən deyil. Elə obyektivdirsə, məsələyə erməni gözü ilə baxmasın. 

Onu da yadınıza salmaq istəyirik ki, 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirlərindən sonra BMT-nin Qarabağa göndərdiyi missiya obyektiv hesabat təqdim etdi, bu da ermənilərin və ermənipərəstlərin narazılığına səbəb oldu. Çünki BMT onların maraqlarına zidd hesabat hazırlamışdı. İndi də oturub-durub deyirlər ki, Qarabağa missiya göndərilməlidir. 

“Bu üzdən, UNESCO-nun ilk olaraq getməli olduğu ərazi Qarabağ yox, məhz Ermənistan Respublikasıdır” 

Tarixçi, tədqiqatçı, İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi, Ermənistanda Azərbaycan irsinin dağıdılması və tarixi izlərin silinməsi üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynov "Bakı xəbər"ə şərhində 

"Xatırlayırsınızsa, 05 iyul 2022-ci ildə mənim müəllifi olduğum “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırma geniş ictimaiyyətə təqdim edildi. Araşdırma göstərdi ki, Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində Azərbaycan xalqına məxsus böyük mədəni irs kompleksi məhv edilmə təhlükəsi altındadır. Bundan narahat olan Azərbaycandan olan 102 nəfər tanınmış elm və ictimai xadim UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət ünvanladı və bu müraciətdə UNESCO rəhbərinin nüfuzu və səyi ilə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə töhfə verəcəyinə inam ifadə olunurdu. Lakin UNESCO bu müraciətə heç bir cavab vermədi. Ermənistan Respublikasının paytaxtı İrəvan şəhərində Azərbaycan mədəni irsini görməzdən gəlməyi üstün tutdu.

Daha sonra dəfələrlə, müxtəlif təşkilatlar və ictimai xadimlər tərəfindən belə müraciətlər oldu. Yenə UNESCO susqunluq nümayiş etdirdi" - deyə bildirdi. 

S.Hüseynov vurğuladı ki, 11 oktyabr 2023-cü ildə UNESCO-nun İcraiyyə Şurasının 217-ci sessiyasında UNESCO yanında Azərbaycanın daimi nümayəndəliyi bir daha xatırlatdı və bəyanat təqdim etdi. "Bəyanatda Ermənistanın Azərbaycanın mədəni irsini məhv etməsi hər bir azərbaycanlının mədəni hüquqlarının, xüsusən də mədəni irsdən istifadə etmək hüququnun pozulmasıdır – deyə bildirdi.

Sonuncu dəfə, 2023-cü il noyabr tarixində  İrəvan şəhərindəki Azərbaycan mədəni irsi ilə bağlı UNESCO-ya birbaşa Qərbi Azərbaycan İcmasının özü müraciət etdi. Çünki Qərbi Azərbaycan torpaqlarında mövcud olan bu irsin yeganə varisləri də məhz bu icmadır. Həmin müraciətdə Beynəlxalq Ədalət Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarını da xatırlatdı və bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir. 

Bu dəfə UNESCO susqunluğu pozaraq Qərbi Azərbaycan İcmasına cavab verdi. Çünki UNESCO-da da çox yaxşı anlayırlar ki, Ermənistan ərazisindəki bu irsin yeganə varisi Qərbi Azərbaycan İcmasında birləşən qərbi azərbaycanlılardır və onlar öz irsinin qorunmasında bu qurumdan münasibət istəyir. Bu onların hüququdur. Bu hüquqdan istifadə edən icma isə tam təfsilatı ilə UNESCO-nu məlumatlandırmışdı.

UNESCO-ya gələn cavabda Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunduğu bildirildi. Düşünürəm ki, Azərbaycan UNESCO-nu fakt qarşısında qoyduqdan sonra təşkilatın özü Ermənistana getməkdən yayınmağa başladı. Çünki Ermənistan ərazisində kütləvi çəkildə qəbiristanlıqların məhv edilməsi, İrəvanın mərkəzində Azərbaycan mədəni irs nümunələrinin məhv edilməkdə olması göz önündədir. Bunu sübut edən tədqiqatlar və araşdırmalar var.

Belə olan halda, UNESKO öz erməni təəssübkeşliyindən çıxış edərək susqunluğu ilə onlara kömək etmiş oldu. Lakin Ermənistan ərazisində hər keçən gün yeni-yeni mədəni irs nümunələri məhv edilməkdədir.

Hələ 20 noyabr 2020-ci il tarixində UNESKO-nun rəsmi yaydığı press-relizdə göstərilirdi ki, təşkilatın baş direktoru Odre Azule tərəfindən Azərbaycan və Ermənistan nümayəndələri qəbul edilərək müzakirələr aparılıb. Həmin görüşdə Odre Azule 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunu xatırladaraq, hər hansı bir xalqa məxsus mədəni dəyərlərə zərər vurmağın bütün bəşəriyyətin mədəni irsinə zərər vurmaq olduğunu xatırladırdı-deyə S.Hüseynov qeyd etdi. 

O bildirdi ki, Azule BMT-nin Təhlükəsizlik Şurasının 2347 (2017) saylı qətnaməsinə istinad edərək onu bir daha xatırlatdı. Həmin qətnamədə deyilirdi: “Silahlı münaqişə vəziyyətində, o cümlədən terror qruplaşmaları tərəfindən mədəni irsin qanunsuz məhv edilməsi, mədəni sərvətlərin talan edilməsi və qaçaqmalçılığı, habelə bu kontekstdə tarixi kökləri və mədəni müxtəlifliyi inkar etmək cəhdləri münaqişələri alovlandıra və ağırlaşdıra bilər və münaqişədən sonrakı milli barışığa mane ola bilər, bununla da təsirlənmiş dövlətlərin təhlükəsizliyini, sabitliyini, idarəetməsini və sosial-iqtisadi və mədəni inkişafını pozur”.

“Təşkilat  rəhbərinin xatırlatdığı bu qətnamədən hissə birbaşa Ermənistana qarşı tətbiq edilməli idi. “Belə ki, məhz Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılan zaman, Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırının divarlarından XII əsrə aid regionda bənzəri olmayan çox unikal freskaları sökərək oğurladı və Ermənistana apardı. Məhz elə həmin dövrdə erməni silahlı qüvvələrinə verilən güzəştdən istifadə edən ermənilər Ağdam rayonunun  Şahbulaq adlı qalasında olan Azərbaycan xalqına məxsus çoxlu sayda arxeoloji artefaktları toplayaraq ərazidən apardı. 

Yuxarıda göstərilən bu hadisələr UNESCO rəhbərinin yayımladığı press relizin tarixindən bir neçə gün sonra baş vermişdi.

Bundan başqa, Odre Azule tərəfindən xatırlanan 1954-cü il Haaqa Konvensiyasının və onun iki protokolunun, daha dəqiq desək, bu Konvensiyanın 4.1-ci maddəsinin kobud şəkildə pozulmasına göz yumduğunu görürük. Bu gün Ermənistan Azərbaycanla sərhəd ərazilərində yerləşən Azərbaycan kəndlərinə məxsus qəbiristanlıqlardan hərbi istehkam məqsədi ilə istifadə edir. Haaqa Konvensiyasının 4.1-ci maddəsi mədəni irsdən və onun bilavasitə ətrafından... onu məhvə və ya silahlı münaqişə zamanı zədələməyə məruz qoya biləcək hər hansı istifadədən çəkinməyə çağırır. 

Mədəni irs abidələrinin yaxınlığında hərbi istehkam və səngərlər qazmaq beynəlxalq hüquqa ziddir və bu qanun pozuntusudur. Onu demək istəyirəm ki, UNESCO bu vandalizm hərəkətlərinə göz yumduqca, Ermənistan ərazisində Azərbaycan xalqının maddi mədəni irsinə qarşı ermənilərin apardığı dövlət siyasəti daha da artmaqda və abidələrimiz məhv edilməkdədir. Bu üzdən, UNESCO-nun ilk olaraq getməli olduğu ərazi Qarabağ yox, məhz Ermənistan Respublikasıdır” - deyə S.Hüseynov qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031