Ermənistanın himni və gerbi də dəyişdirilir...
Ermənistan parlamentinin sədri Alen Simonyan hesab edir ki, ölkənin himni və gerbi dəyişdirilməlidir.
“Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişdirilməlidir. Yad mənşəli mövcud himnin dəyişdirilməsi zərurətdir”, – deyə o, “Telegram” kanalında yazıb.
Simonyan Ermənistan gerbinin də dəyişdirilməsi məsələsinin müzakirə edilməli olduğunu deyib.
ZÜMRÜD