Avropanın Tramp qorxusu - gəlir, hər şeyə hazır olmalıyıq...
Çexiya Prezidenti Petr Pavel Avropanı Donald Trampın ABŞ prezidentliyinə hazırlaşmağa çağırıb.
Çexiya Prezidenti bildirib ki, Avropa Trampın ABŞ-dakı prezident seçkilərində qalib gəlməsini və Rusiya Prezidenti Vladimir Putinlə çox tez bir zamanda Ukrayna və Avropa üçün sərfəli olmayan sövdələşmə ehtimalını kifayət qədər ciddi nəzərdən keçirir.
“Belə olan halda biz üzləşməli olduğumuz bir faktla qarşılaşacağıq. Bu, transatlantik əlaqələri pozmaq üçün deyil, lakin etiraf etməliyik ki, Donald Tramp çox şeyə fərqli baxır” – Pavel açıqlayıb.
O, bildirib ki, Tramp prezident seçkilərində qalib gələrsə, Amerika xalqının qərarına hörmət edilməlidir: “Lakin biz buna hazır olmalıyıq, çünki təbii ki, bunun müəyyən nəticələri olacaq”.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukraynadakı müharibə ilə bağlı vəziyyəti “çox tez” həll edəcəyinə söz vermişdi. Ukrayna Prezidenti Volodimir Zelenski Trampın sözlərini “olduqca təhlükəli” adlandırıb.
TAHİR