İrəvandakı “Rus evi” Leninqrad abidəsinin təhqir edilməsi ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət etdi
Ermənistandakı “Rus evi” Leninqradın İkinci Dünya müharibəsi zamanı blokadası dövründə yaşamış uşaqların xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Rusiya mediası xəbər verir ki, İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov abidənin təhqir olunması barədə Ermənistan Baş Prokurorluğuna məktub ünvanlayıb.
Xatırladaq ki, yanvarın 30-da “Tik-Tok” sosial şəbəkəsində Samvel Şirinyan adlı şəxs Rusiya bayrağının rəmzi olan lentləri nümayişkaranə şəkildə qıraraq, abidənin qarşısındakı əklilləri kənara atıb. Videoda təhqiredici sözlər səsləndirib.
ZÜMRÜD