“Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən çətin dövrünü yaşayır” - Blinken
Hazırda Yaxın Şərqdə vəziyyət 1973-cü ildən bəri ən gərgin dövrünü yaşayır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.
“Bu, 1973-cü ildən bəri regionda ən təhlükəli vəziyyətdir”, - deyə o, İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatı, Qırmızı dənizdə gəmilərin husilər tərəfindən atəşə tutulmasını şərh edərkən bildirib.
1973-cü ildə ərəb ölkələri və İsrail arasında “Qiyamət günü” adlanan müharibə baş verib. Müharibə İsrailin qələbəsi ilə başa çatıb.