“AzerGold”un qızıl-gümüş satışından əldə etdiyi gəlir 1 milyard manatı ötdü...
Ötən il beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib.
Bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, 2022-ci illə müqayisədə ümumi satış gəlirlərindən 15 faiz artım qeydə alınıb.
“Bu vəsaitin 210,1 milyon manatını ixrac, 22,7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda satış gəlirləri isə 81 faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97,9 faizi məhz qızıl satışı nəticəsində əldə edilib. 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışından əldə edilmiş ümumi gəlir 1,19 milyard manat olub”, - deyə Zakir İbrahimov əlavə edib.