Bir gündə 7 tüfəng aşkarlandı - DİN-dən AÇIQLAMA
Dünən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 müxtəlif markalı tüfəng, 3 patron darağı və 112 müxtəlif çaplı patron təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 4 müxtəlif markalı tüfəng, 1 patron darağı və 20 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Mətləb Salahov