Ukrayna Krıma PUA-larla hücum edib - Rusiyadan AÇIQLAMA
Ukrayna ordusu işğal altındakı Krım yarımadasına və Rusiyanın daha 4 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, texnikalar zərərsizləşdirilib.
Bildirilib ki, Krım səmasında 11, Belqorodda 5, Bryanskda 3, Kaluqa və Tula vilayətlərinin hər birində isə 1 PUA məhv edilib.
Mətləb Salahov