"Rusiya və Şimali Koreya günahkardır"- Yaponiyanın Baş naziri
Yaponiyanın Baş naziri Fumio Kişida parlamentin aşağı palatasının plenar iclasında çıxış edərkən Rusiyanı "topa tutub". O bəyan edib ki, dünyada nüvə tərk-silahı ilə bağlı vəziyyətin pisləşməsinə görə Rusiya və Şimali Koreya günahkardır.
"Rusiyadan gələn nüvə təhlükəsi və Şimali Koreyanın nüvə və raket texnologiyasının inkişafı səbəbindən nüvə tərk-silahı ilə bağlı vəziyyət getdikcə daha ciddi şəkil alır”, - deyə F.Kişida əmin edib ki, Yaponiya nüvəsiz dünya yaratmaq üçün səylərini davam etdirəcək.
Mətləb Salahov