İrəvanda oğurlanan Bələdiyyə Şurasının müxalifətçi üzvü Rusiyadan siyasi sığınacaq istədi
İrəvan Ağsaqqallar Şurasının (Bələdiyyə Şurası) üzvü Narine Ayrapetyan Rusiyadan siyasi sığınacaq istəyib.
Ermənistan mediası yazır ki, “Ana Ermənistan” müxalifət fraksiyasının üzvü olan Ayrapetyan bununla bağlı canlı yayımda bəyanat verib.
Ayrapetyanın sözlərinə görə, Ermənistanda siyasi rəqibələrə qarşı siyasi təqiblərin olduğunu deyən Ayrapetyan Ermənistanın keçmiş prezidenti Koçaryanın oğlu Levon Koçaryana və “Hayastan” blokunun üzvü Andranik Tevanyana qarşı yalan ifadə verməyə məcbur edildiyini bildirib.
Qeyd edək ki, yanvarın 15-də Ayrapetyanın oğurlanması ilə bağlı məlumatlar yayılıb. Polis isə Ayrapetyanın onlara ifadəsində oğurlanması xəbərlərinin yalan olduğunu dediyini bildirib. Lakin Narine Ayrapetyan polisdə yalan ifadə verməyə məcbur edildiyini deyib. Ayrapetyan polis tərəfindən repressiyalardan qaçmaq üçün yalan ifadə verdiyini bildirib. Ayrapetyan deyib ki, onu polisdə yalan ifadə yazmağa məcbur ediblər, əks halda saxtakarlıqda ittiham edəcəkləri ilə hədələyiblər.
Bütün bunlardan sonra Ayrapetyan gözlənilmədən Ermənistanı tərk edib. Erməni mətbuatı yazır ki, açıqlama verdikdən sonra ona qarşı təzyiqlər daha da artıb və o, Ermənistanı tərk etmək məcburiyyətində qalıb.
TAHİR