KÖHNƏ VERSİYA            

Torpaq varsa, itki (də) var, Və­tən varsa, göz yaşı, ah-nalə də var… - Doqquzuncu yazı

Image

Hələ ağlımız kəsməyən vaxtlarda böyüklərimiz deyirdi ki, şəhid Cənnət mələyidir. Cənnətin ən gözəl hücrəsində bərq vuran Simurq quşudur şəhid. Analar qəlbdən yanğı çə­kəndə Cənnətin rahatlığı pozulur. Cənnət təlatümə gə­ləndə şəhid oğullar anaları üçün sarsıntı keçirir. Dərd acı, qəlb sızıltı ilə dolu, necə edək ki, nə Cənnət silkələnməyə məruz qalsın, nə anaların sinəsində oğul dağı «bitməsin»?! Ağır, çox ağır situasiyadır – torpaq varsa, itki (də) var, Və­tən varsa, göz yaşı, ah-nalə də var. Bu, həmişə belə olub, indi də belədir, sabah da qaçılmaz zərurətdir...

Mingəçevirin giriş qapısı adlanan Günəşli qəsəbəsində şəhid adı pir qədər, çörək qədər, Quran qədər müqəddəsdir. Burada uşaq da, böyük də Vətən uğrunda həlak olanları Cənnət mələyi hesab edir. Burada şəhid adı çəkiləndə göz­lər baxışını, ürəklər qubarını, sinələr dağını dəyişir. Musa və Tural qardaşlarının xatirə lövhəsi olan yerdən (də) hamı sükutla keçir. Sanki kimsə istəmir onların şəkillərdən boylanan işıqlı çöhrələrinə kölgə düşsün. Bu, şəhidə – Cənnət mələyinə dərin etiqad və isti ehtiramın ən ba­riz ifadəsidir.   

Şəhidi adidən fərqli edən Vətən, din və ya inanc uğrunda mübarizəsidir. Onun şəhadəti torpaq uğrunda cihadı, hə­yatını dəyişdikdən sonra lövbər saldığı ali pillədir. Şə­hid­lik (isə) onun «Vətən» mükafatıdır. 

Musa və Turalın da yaxasında «Vətən» mükafatı var. O mükafatda parıltı verən hədəflər torpaq qoxusu, yurd eşqidir. Orada şəhid qardaşların həyatı, şərəfli döyüş yolu qızıl ilmələrlə əhatələnib.    

Şəhid, dini anlamda “davamlı müşahidə” aparan şəxsdir; istər zahiri, istərsə də bəsirət gözü ilə o, Vətən, inanc uğ­runda müşahidə qurur. Nəticə etibarilə, savaşa hazırlıq görür və qalib gəlir... Bu, şəhidin həm də torpaq uğrunda sa­vaşlara “hazır olmaq” qüdrətini ifadə edir. Elə, “Məqa­yisul-luğət” kitabında da şəhadət kəlməsində üç əsas kom­ponentin əks olunduğu isbatlanır: müşahidə aparmaq, mübarizəyə hazır olmaq və bu ruhi zəmini başqalarına elan etmək. 

Musa və Tural qardaşları (onların timsalında bütün şə­hidlər) bu mənada, «Vətən» anlayışının nə olduğunu dü­rüst qavradılar; dərin müşahidələri ilə hazırlıq proseslərini üzvi şəkildə sintez edərək öz fədakar ölümləri ilə başqalarına bir qorxmazlıq aşıladılar. Əbəs yerə deyil ki, onlar Və­tən uğrunda şəkilcə (görkəmcə) dəyişilərkən cismani yox­luğun fövqünə düşdülər, lakin ruhca yeni aləmə çəkildilər; həmin an rəhmət mələkləri onların yanında zühur etdi, işıqlı səltənətlər əbədiyyətin mükafatını onlara verdi. Bəlli ki, cihad meydanından Cənnətə keçən Musa və Tural indi Allahın onlara hazırladığı nemətləri görür, şəhadət şər­bətini quru torpaqlara faydası toxunan su kimi içirlər. 

İllər əvvəl eşitmişdik ki, şəhid hələ şandan çıxarılmamış baldır. Şəhadətin şərbəti də bal dadır. Yəni o «suyu» içənlər ilıq təbbəsümə qərq olurlar. Bu dadın ehtişamı əy­nindəki paltara qan hopan şəhidə xüsusi bir görkəm, fərqli bir ovqat verir. Musa və Turalın şəhid – şahid (şəhid) ovqatında bal təzəliyi, ruh saflığı var. Onlar quruca «Vətən, səni sevirik» demədilər, Vətən uğrunda can fəda etməklə – doğru əməllə Vətəni sevdiklərini sübut etdilər. Onlar dürüst, pak bir hədəf üçün səfərbər idilər – Vətən üçün. Buna görə haqqa şahidlik edirlər.

Şəhid səmavi kəlam, vəhydir. Şəhid haqq uğrunda mü­barizələrə şəhadət verir. «Qurani-Kərim»də şəhidlə bağlı belə bir fakt diqqət çəkir: «Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?!». Deməli, şəhid cəmiyyətə istisnasız hüzur və dinclik gətirir. Bu, onun pak zatının isbatına sübutdur. 

Musa və Tural qardaşları insan düşüncəsi üçün mümkün olanı müşahidə etdikcə əvvəlcə Vətən, ardınca isə Allah üçün məhrəm olan hislərin zatını görə bildilər. Onların mütləq varlığı bizim təbirimizcə, cismani yoxluq, Allahın nəzərində ölməzlikdir. 

Şəhidlər Allahın simasını görmək şərəfi tapır. Musa və Tural qardaşları şəhid-şahid əməlləri ilə Allahın surətindəki fövqəlliyi görə bildilər və özlərinin möminlik məqamlarında duruş tapdılar. Onlar torpaq uğrundakı qəti təfsirləri olduqları məkanda fəlsəfi deyil, aydın prizmadan sezirlər. 

Hədislər buyurur ki, ümmətin əməllərinə şahidlik edən peyğəmbər, torpağın ehtişamını qoruyan şəhid olur. Musa və Tural qardaşlarının amalı zəruri-fövqəl çırpıntılara aludə olmaq deyildi, Vətən uğrunda əməllərə şahidlik etmək idi. Bu şahidlik onları şəhadətə yüksəltdi, şəhid adı verdi. 

Musa və Tural qardaşları Vətən üçün talib idilər, o ərəfədə şərəfli ölümlə qarşı-qarşıya durdular. Həmin an yetişən əcəl Vətəni onlar, onları da Vətən üçün «sevgili» etdi. 

Mingəçevirin şəhadət qapısında - Musa və Tural qardaşlarının xatirə lövhəsi əks olunan evdə indi bir qürur, bir fəxarət nəğməsi oxunur. O nəğmənin bəstəkarı Vətən, ifaçısı şəhid qardaşların anası Nəhayət xanımdır. O, bu nəğməni özünün eşidə biləcəyi səslə oxuyur. Ancaq Vətən eşidir... 

İndi Allahın itaət çəpərində bərq vurur Musa və Tural qar­daşları. Onların fərqinə vardıqları gerçək bizim hələ düşünə bilmədiyimiz həqiqətdir... 

“Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma...”

Cismən doğmalarından ayrılan, əbədiyyən (isə) diri qa­lan cənnət qoxulu ərlərin - cəsur oğulların, Allah qatında yüksək mərtəbə tutan qeyrətli ərənlərin şəhadəti ölümün şərəfini misilsiz mənada artırır. Çünki onlar “Torpaq dövlətin təməlidir, heç kimə verilmir” (Mete Xan) fikrini “Vətən bizə qılıncımızın çörəyidir” (Namiq Kamal) məqsədi ilə eyni anlamda təqdir etdilər, Jan Leron Dalamber de­miş, ailələrini özlərindən, vətənlərini ailələrindən uca tutdular. Onlar dost üçün göz yaşı, Vətən üçün qan tökdülər; bir daha sübut etdilər ki, vətənpərvərlik qorxmaz in­sanların ömür yolunda bir məşəldir, Vətən darda ikən heç kim başqa bir məqsəd üçün cəhd göstərməməlidir. Bu şə­hid oğullar bir daha isbatladılar ki, yalnız məğrur, yalnız ke­çici olmayan qürura sahib şəxslər Vətən naminə can fə­da edər. Onlar bu ehtişamla “Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma; Ya sahib ol, ya uzaqlaş” fikrini aş­kar ehtiva etdilər. 

Bəlli ki, hər şəfəq bir gün sönməyə, hər insan bir gün ölməyə məhkumdur. Şəhid ola bilmək isə ideallıqdır. Bu ra­kursda şəhid ucalığı, Vətən uğrunda can vermək fəhmi bər­qərardır.

Əlbəttə, mübarizə dünən də vardı, bu gün də var, (heç şüb­həsiz) sabah da olacaq... Çünki torpaq savaş və mühari­bə­lər üçün acı bir girdabdır. Biz bunu istər atəşkəs dövründə, istər Ermənistan tərəfin təxribatlarına cavab olaraq hə­yata keçirilən əməliyyatlarda, həmçinin, Aprel döyüşündə, Tovuz hadisələrində, nəhayət Vətən müharibəsində, hətta lokal xarakterli antiterror əməlyyatları zamanı aydın müşahidə etdik. 

Surəti qorxu hissi ilə sarılan heç bir vücudun təməli ol­maz. Qorxaq ünsürlər təməlsiz iddiadan başqa bir şey de­yillər. Cəmi 44 gün çəkən Vətən müharibəsində xalqımız bu paradoksal vəziyyəti erməni silahlılarında gördü. Bəlli ol­du ki, zor haqqın kandarında əriyən kiçik buz parçasıdır. Erməni silahlı birləşmələri də eynən bu tərzdə Azər­bay­canın cəsur oğullarının qarşısında aciz qaldı; çünki torpaq bizim, güc bizim, haqq bizim və zəfər bizim idi... 

Ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində Vətən üç mindən çox şəhid verdi. Torpaqlarımıza tökülən qanlar hesabına Azərbaycan bütöv oldu. Bu şərəfli iş üç mindən çox qəhrəman oğulun adını qızıl hərflərlə tarixin daş salnamələrinə yazdı. Onların şücaət və mərdliyi əsl dastana çevrildi. Bu cəsur Vətən fədailərinin içində Min­gəçevirin Günəşli qəsəbəsindən müharibəyə qatılmış Musa və Tural da var. Üzərində ciddi-cəhdlə işlədiyimiz «Gəl, birlikdə köçək dünyadan…» adlı kitabda bu qəhrəman, bu tarix yazan oğullar haqda isti-ilıq, soyuq-qaynar fikirlər yü­rüdür, haqlarında deyilən xoş sözləri ehtiyatla ipə-sapa düzürük.

Musa və Tural boş bir məqsəd üçün deyil, doğma Vətən na­minə hər şeylərindən – həyatlarından, gözəl arzularından, yaşamaq istəklərindən, ailələrindən... bir sözlə, şirin can­larından keçdilər... Onlar indi Vətən adlı səmada, torpaq adlı ənginlikdə rahat pərvaz edir, misilsiz sevinc hissi keçirirlər. O mənada ki, həm Vətənimizin bütöv olmasında pay sahibi oldular, həm də Allah onlara şəhid ucalığı nə­­sib etdi. Allahın şəhadət verdiyi insanlar ölməz surətə do­­lurlar. Musa və Turalın çöhrələrindəki ölməzlik də məhz əbədiyyət anlamındadır...

***

Hamımıza bəllidir ki, 44 günlük müharibədə Azər­bay­can öz mübarizə əzmini fədakarcasına nümayiş etdirdi. Çünki 30 illik həsrətdən sonra Vətən sevgimiz daha da artmış, düşmənə olan nifrətimiz daha da dərinləşmişdi. Bu, hər birimizi güclü dalğaya, qaynar ilğıma və çırpınan tə­la­tü­mə çevirdi, əlbəttə, tökülən qanlar hesabına zəfər təbilimizi çala bildik... 

Vətənin keşiyində mərd-mərdanə duran, bədənlərindəki müharibə yaralarını bugünkü və gələcək nəslə miras qo­yan qeyrətli oğullar əlbəttə, heç vaxt unudulmayacaqlar. Bu qeyrət sahibləri el dilində İkinci Qarabağ, rəsmi mənada Vətən müharibəsinin qələbə ilə başa çatdığını öz qanları ilə isbatladılar, hətta Birinci Qarabağ müharibəsində can­larını Vətən yolunda fəda etmiş oğulların intiqamını er­mə­nilərdən (artıqlaması ilə) aldılar. 

Nə xoşbəxtdir o ölkə, o xalq ki, insanlarında Vətən mə­həb­bəti bir an belə səngimir. Üzərinə qoyulmuş tapşırıqları şərəflə yerinə yetirən Azərbaycan əsgərinə əbədi eşq ol­sun!

***

Öz cismani yoxluqları ilə gözləri ağlar qoyan oğulların qanı ilə suvarılmış torpaqlar indi al-qırmızı rəngdə güllər bitirir. Bu güllər bizə bir ölüm anı deyil, bir şərəf duyğusu verir. Hər dəfə qoxladıqca ürəyimizdə Vətən hissi güclənir; buna görə bizə əbədi ucalıq nəsib edən oğullarımıza min­nətdar oluruq. Bu, həyatın qanunudur: insan doğulanda ağlayır, böyüyəndən sonra (bir qismi) əsl qəhrəmana çev­rilir, onların mərdlik çəpərindən başlanan mübarizə yo­lu Vətənin ağuşunda bitir... 

Mingəçevirin dan ulduzları Mu­sa və Turalın da ömür yolu məhz Vətənin qoynunda so­na çatdı...

Vətənin bu gün də, sabah da fəxr edəcəyi qəhrəman oğullardır Musa və Tural qardaşları! Onlar torpaqlarımızın bütövlüyü naminə ölməyi özlərinə şərəf bildilər, hər birimizin qürur və and yerinə çevrildilər. Onlar bizə milli kimliyimizi, qürurumuzu, insan adımızı qaytardılar, biz də on­ları tarixin salnamələrinə sığdırmalı, dastana döndərməliyik.

Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031