Qaribaşvili Gürcüstanın baş naziri postundan istefa verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib. Bu barədə Qaribaşvili özü brifinqdə açıqlama verib.
O da bildirilir ki, Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin namizədliyi ölkənin Baş naziri postuna irəli sürüləcək. Yerli media yazır ki, ölkənin hazırkı Baş naziri İrakli Qaribaşvili isə partiyanın sədri olacaq.
Qeyd edək ki, İrakli Qaribaşvili ilk dəfə 2013-2015-ci illərdə baş nazir postunu tutub. 2015-ci ilin dekabrın 30-da istefa verib və 2019-cu ildə müdafiə naziri kimi yenidən hökumətə qayıdıb. İki il sonra isə, 2021-ci ilin fevralında Gürcüstan parlamenti onu baş nazir postuna təsdiqləyib.
TAHİR