Zelenski ABŞ-ın Ukraynaya yardımı dayandırmasından danışdı — Avropa Rusiya ilə üz-üzə qalacaq...
ABŞ-dan Ukraynaya yardımın təxirə salınması vahid Avropaya öz təsirini göstərəcək və bir sıra ciddi problemlərə gətirib çıxaracaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, o, ABŞ-ın Ukraynaya dəstəkdən tamamilə imtina edə biləcəyinə inanmır. Eyni zamanda, bu baş verərsə, Avropa da Kiyevə əvvəlki kimi yardım göstərə bilməyəcək.
“Nə silahla, nə də maliyyə baxımından. Çünki yəqin ki, bütün Avropa birləşsəydi, Ukraynaya kifayət qədər dəstək verə bilərdi, amma ABŞ-ın belə bir təsiri var və siqnallar çox müsbət olmayanda, eyni təsirə malik olur”, - deyə o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Vaşinqtonun yardımı gecikdirməsi Ukraynada silah və maliyyə çatışmazlığına, ABŞ və Avropa arasında müttəfiqliyin sarsılmasına səbəb olacaq. Ukrayna uğursuzluğa düçar olarsa, Avropa Rusiya ilə qarşı-qarşıya qalacaq.
ZÜMRÜD