"Almaniya COP29 çərçivəsində Azərbaycanla işləməyə hazırdır" - XİN nümayəndəsi Morqan
Almaniya COP29 çərçivəsində Azərbaycanla işləməyə hazırdır. Bunu Almaniya Federal Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqan bildirib.
“COP konfranslarının uğuru onların inklüzivliyidir. Bu tədbirlərdə qeyri-hökumət təşkilatları (QHT), vətəndaş cəmiyyəti fəal iştirak etməlidir. Bu konfrans çərçivəsində özəl sektorun iştirakı da böyük əhəmiyyət kəsb edir”, - deyə Morqan vurğulayıb.
ZÜMRÜD