"Terror aktını törədənlərin tam və ağır cəzalandırılmasını gözləyirik" - Səfir Əli Əlizadə
Səfirliyimizə qarşı törədilən terror aktı nəticəsində şəhid olmuş dəyərli qardaşımız Orxan Əsgərovun vəfatının ildönümündə məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad etdik.
Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X” sosial media hesabında yazıb.
"Allah rəhmət eləsin! Bu terror aktı nəticəsində ağır yaralanan həmkarlarımız da oldu. Tanrı onları qorusun! Biz bu acımasız terror aktını törədənlərin tam və ağır cəzalandırılmasını gözləyir və İran məhkəməsinin ədalətli və layiqli qərar çıxaracağına ümid edirik", - deyə o əlavə edib.
TAHİR