Azərbaycan Niderland nazirinin ölkəmizə səfərini təxirə saldı...
Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə, qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlərlə əlaqədar yerli medianın sualına cavabında deyilir.
"Azərbaycan tərəfi səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib", - o qeyd edib.
TAHİR