"Fransa ilə Azərbaycan arasında münasibətlər ən aşağı nöqtədədir" - Ceyhun Bayramov
Fransa ilə Azərbaycan arasında olan münasibətlər ən aşağı nöqtədədir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Bunun səbəbkarı Azərbaycan deyil. Əfsuslar olsun ki, bu cür qəbuledilməz davranışları nümayiş etdirən Fransa olub”, - deyə nazir bildirib.