"İstənilən atəşkəs Rusiyanın xeyrinə olacaq" - ABŞ İnstitutundan AÇIQLAMA
"Rusiyanın maksimalist məqsədləri Ukraynada yeni ərazilərin işğalını istisna etmir." Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb. Bildirilib ki, istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq: “Bu, Moskvaya fayda verəcək. Rusiyaya maksimalist məqsədlərinə nail olmaq üçün və Ukraynada gələcək ərazi zəbtinə nail olmaq üçün yeni imkanlar yaradacaq”.
Qeyd olunub ki, Kreml NATO-nun genişlənməsini və Ukraynanın müstəqil, suveren dövlət kimi mövcudluğunu Rusiyanın təhlükəsizliyi üçün təhdid kimi görür.
Mətləb