Yerevan 5 aydır Moskvanın Azərbaycanla saziş çağırışına məhəl qoymur...
Rusiya XİN -in rəsmi nümayəndəsi Mariya Zaxarova əslində maraqlı faktlar açıb.Zaxarova deyib ki, ötən ilin sentyabrından başlayaraq bir neçə dəfə rəsmi Yerevanı Azərbaycanla sülh sazişi danışıqları üçün Moskvaya dəvət etmişik, sonuncu belə dəvəti bir neçə gün əvvəl etdik.Bəyanatın tonundan aydın görünür ki, Ermənistan dəvətə adekvat münasibət göstərmir. Zaxarovanın sözləri bir daha təsdiq edir ki, Ermənistan Moskva formatı çərçivəsində Azərbaycanla sülh sazişi və digər məsələlərlə bağlı müzakirə aparmaq istəmir.
Az əvvəl XİN Lavrov isə açıq demişdi ki , Rusiyanı Azərbaycan- Ermənistan sərhəd delimitasiyası üzrə işçi qrupun iclaslarına dəvət etmirlər.Sözsüz ki, burada söhbət ilk növbədə Yerevanın mövqeyindən gedir.
Nahid Salayev