Beynəlxalq Məhkəmə İsraillə bağlı qərarını açıqladı - ancaq "soyqırım" demədi...
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi cümə günü İsraili Qəzza zolağında hərbi əməliyyatı dayandırmağa çağırmayıb və anklavda fələstinlilərin müdafiəsi üçün tədbirlər görməsinə qərar verib.
“İsrail Qəzza zolağında fələstinlilərə xidmət və humanitar yardımın göstərilməsini təmin etmək üçün tədbirlər görməlidir”, - deyə məhkəmənin sədri Coan Donohyu bildirib.
O qeyd edib ki, İsrail xüsusilə Qəzza sakinlərinin müdafiəsi üçün bütün mümkün tədbirləri görməli, Soyqırım Konvensiyası çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
“İsrail Qəzza zolağında soyqırımı törədilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - deyə sədr vurğulayıb.
Məhkəmə İsrailə bir ay ərzində görülən tədbirlər haqqında hesabat təqdim etməyi tapşırıb.
ZÜMRÜD