KÖHNƏ VERSİYA            

Gürcüstan da Avropanın xəyanət və ittihamlarından yan ötə bilmədi...

Image

Ötən ilin noyabrında Avropa Komissiyası Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilməsini tövsiyə edib. Bunun ardınca dekabrın 14-də Avropa İttifaqı Şurası Gürcüstana namizəd ölkə statusu verib. 

Bundan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu almasını ölkəsinin Avrointeqrasiya yolunda qələbəsi adlandırıb. Amma indi görünən odur ki, Avropa İttifaqı heç də yaxın tezlikdə Gürcüstanı öz sıralarına qəbul etmək niyyətində deyil. Bunun üçün artıq indidən bəhanələr uydurulur.

Qeyd edək ki, namizəd ölkələrin üç il sonra Avropa İttifaqına qəbul ediləcəyi vəd edilsə də, bəzi ölkələr uzun illərdir bu vədin yerinə yetirilməsini gözləyir. Məsələn, Türkiyə 1999-cu il, Şimali Makedoniya 2005-ci il, Çernoqoriya 2010-cu il, Serbiya 2012-ci il, Albaniya isə 2014-cü ildə Avropa İttifaqına namizəd statusu alsa da, hələ də ittifaqa üzv olmayıb. İndi onların sırasına Gürcüstan da qoşulmalı olacaq. Hər halda, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun yeni hesabatı bunu deməyə əsas verir. Hesabata görə, Kremlin Ukraynadakı müharibəsi Şərqi Avropanı parçalayıb, Moldova və Ukraynanı Avropa İttifaqına daha yaxın gətirib, Gürcüstan isə “Rusiyanı razı salmaq vərdişini” nümayiş etdirib. Hesabatda deyilir ki, Gürcüstanın təməl azadlıqlar, demokratiya və idarəçilik göstəricilərinə görə Avropa İttifaqına yaxınlaşmasının sürəti azalıb. Ölkə vətəndaş cəmiyyətinə aşkar etinasızlıq nümayiş etdirib. Bu isə Avropa İttifaqı konsensusu ilə ziddiyyət təşkil edir. Hesabatda qeyd olunur ki, Moldova və Ukrayna 2023-cü ildə ictimaiyyətlə münasibətlərini yaxşılaşdırıblarsa, Gürcüstan cəmiyyətin qütbləşməsi istiqamətinə yuvarlanıb. Sənəddə vurğulanır ki, Gürcüstanda demokratiya və yaxşı idarəçilik sahələrində əhəmiyyətli geriləmə baş verib. Hesabatda o da qeyd olunur ki, Gürcüstana namizəd status verilsə də, o anti-Qərb ritorikası nümayiş etdirib, 2023-cü ildə “xarici agent” qanununu parlamentdən keçirməyə cəhd göstərib. Onunla müqayisədə Ukrayna və Moldova Brüsselin onlardan gözlədiyi dəyişiklikləri ardıcıl olaraq həyata keçirir. Hesabatda deyilir ki, Gürcüstanın Aİ bəyanatlarından və azad ticarət siyasətindən əhəmiyyətli dərəcədə aralanması və onun Çinlə strateji əməkdaşlığı gələcəkdə Avropa İttifaqında ciddi narahatlıq yarada bilər. Hesabatda həm də qeyd olunur ki, Gürcüstanın Avropa İttifaqına qoşulmaq istəyinə dair bəyanatları ilə, onun blokun xarici siyasətinə uyğunlaşmaqda nümayiş etdirdiyi həvəssizlik ziddiyyət təşkil edir: “Gürcüstan hökuməti xarici siyasətinin praqmatik olduğunu bildirsə də, onun qanunvericilik meylləri aşkar şəkildə Avropa İttifaqı sayağı dəyərlərə əsaslanan normativlərdən uzaqlaşdığını göstərir”.

Hesabatda deyilir ki, Gürcüstanın qeyri-rəsmi idarəçilikdən və oliqarxik təsirlərdən xilas olması Tiflisə Avropa İttifaqına üzvlüyü normalarına uyğun və qanuna əsaslanan demokatik təsisatların qurulmasında kömək edə bilərdi. Bununla Avropa İttifaqı “Gürcü arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin siyasətə qayıtmasından narazılığını ifadə edir.  Xatırladaq ki, Bidzina İvanişvili 2023-cü ilin dekabrında partiyasının “fəxri sədri” qismində siyasətə qayıtmaq istədiyini bəyan edib. Bunun ardınca İvanişvili bildirib: "Üç il əvvəl mən fəal siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə cəmiyyətə məlumat verdim. İndi isə öz təşəbbüsümlə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram... Bu gün Gürcüstan çətin sınaqlarla üz-üzədir. Ölkəmiz ətrafında geosiyasi vəziyyət mürəkkəbləşib, çətinliklər artıb. Müvafiq olaraq, ölkənin qarşısında duran vəzifələri yerinə yetirmək çətinləşib. Belə bir şəraitdə hakim partiyanın təmsil etdiyi hökumətin kiçik bir səhvi belə ölkəyə çox baha başa gələ bilər. Biz yalnız milli kimliyi tam qoruyub, dövlətin suverenliyini tam bərpa etdikdən, ölkəni birləşdirdikdən və xarici siyasi vəzifələri yerinə yetirdikdən sonra Gürcüstanın milli məqsədləri mahiyyətcə yerinə yetirilmiş hesab edilə bilər - Gürcüstanın bu gün əsas xarici siyasi vəzifəsi Avropa İttifaqına inteqrasiyadır. Hesab edirəm ki, ölkəmizi yekun qələbəyə çatdırmaq üçün mənim siyasi və həyat təcrübəm, müvafiq məsləhətlər komandaya lazımdır. Bizim milli kimliyimizi tam qorumaq, ölkənin dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, 2030-cu ilə qədər Gürcüstanı yüksək gəlirli ölkələr sırasına daxil etmək və Avropa İttifaqına daxil olmaq imkanımız var. Bu imkandan tam istifadə etmək bizim borcumuzdur və bunun üçün səylərimizi əsirgəməməliyik”. Amma  Avropa İttifaqı İvanişvilini Rusiyanın adamı hesab edir, onun yenidən siyasətə və beləliklə, hakimiyyətə qayıtmasına qarşı çıxır. Elə bu fonda da Gürcüstanın Avropa İttifaqına üzvlüyünə əngəl yaradır. Təbii ki, bu, Gürcüstana xəyanətdir, bu ölkəni yarı yolda qoymaq deməkdir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031