KÖHNƏ VERSİYA            

"Girdman-Şirvan-Naxçıvan" Şuşaya qarşı - bu erməni planı da iflas edəcək...

Image

Səbuhi Hüseynov: “Bizim ölkənin alimləri də birgə elmi tədqiqatlar apardıqları alimlərə müraciətlər etməli, onları bu qərəzli mövqeyə öz ölkələrində etiraz etməyə səsləməlidir”

Bu gün Ermənistanda və Rusiyada olan erməni təşkilatları  Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar. Azərbaycanın ərazi bütövlüyünə yönəlik bu üzdəniraq kampaniya çərçivəsində onlar yenidən ərazi iddialarını ortaya qoyurlar. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktı ilə barışmayan ermənilərin köhnə xəstəlikləri sağalmayıb.

Şuşanın 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planının təsdiqlənməsi erməniləri tərs oynadıb.

Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməyən bəzi erməni təşkilatları bu məsələni qısqanclıqla qarşılayırlar. Məsələn, son aylar süni şəkildə üzə çıxarılan qondarma "Girdiman-Şirvan-Naxçıvan" "ümumerməni birliyi" oturana-durana macal vemir və tez-tez Azərbaycanla bağlı "bəyanat" yayır.

Bu bədnam təşkilat indi də 2024-cü ildə Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsini həzm edə bilmir.

Azərbaycan dövlətinin Şuşanı islam dünyasının mədəniyyət paytaxtı elan etməsi və burada təşkil ediləcək mədəni, elmi və sair müstəvidə tədbirlər erməniləri çox narahat edir.

Üzdəniraq təşkilat iddia edir ki, guya Azərbaycan "erməni" Şuşasını İslam dünyasının mədəniyyət paytaxtına çevirməklə buradakı "erməni irsini silir, müqəddəs Qazançı kilsəsini təhrif edir"

Guya 44 günlük Vətən müharibəsi zamanı Şuşada Qazançı kilsəsi top mərmisi ilə dağıdılıb və yol çəkilərkən "erməni qəbiristanlığı dağıdılıb".

"Bəyanatda" iddia edirlər ki, guya 9 noyabr tarixli Üçtərəfli Bəyannamənin 7-ci bəndinə əsasən ermənilər ora qayıtmalı imiş, amma Azərbaycan bunun qarşısını alıb, Azərbaycan erməniləri Qarabağa buraxmağa borclu imiş.

Təşkilat iddia edir ki, 1919-cu ildə ilk dəfə "erməni qırğını" törətməyə "cəhd edən" "son dərəcə pantürkist, panislamist  və qatı erməni düşməni" general-qubernator Xosrov bəy Sultanovun simasında "yenidən ekzistensial təhlükə ilə üzləşdilər".

Guya 1918-ci ildə Bakıda "30 mindən çox erməninin qətliamı"nı törədənlərdən biri  Xosrov bəy Sultanov olub və eyni zamanda da Şuşada "20 mindən çox erməni həlak olub" kimi iddiaların yer aldığı bəyanatda erməni saxtakarlığı pərdə-pərdə ifadə olunub.

Gah müasir dövrdən, gah da 100-104 il əvvəldən dəm vuran saxtakar dəstə ermənilərin Qarabağa qayıtmaq "hüququnun təmin olunmasını" deməkdən də əl çəkmir.

Onlar ermənilərin geri qayıtması üçün hər cür çirkin planlar qururlar. Amma Qarabağın tarixi erməni ərazisi olmadığı və ermənilərin ora tarixin məlum çağında gəlmə olduqları bütün dünyaya məlumdur. Sadəcə, erməni faktoru beynəlxalq güclərin, Cənubi Qafqazda marağı olanların əlində bir alət olduğundan ondan hər an istifadə edirlər.

Şuşa tarixi Azərbaycan şəhəridir, türk və islam mədəniyyətinin gerçək təzahürlərini, memarlığını, mədəniyyətini özündə birləşdirir. Bu şəhərin erməni mədəniyyəti ilə heç bir əlaqəsi yoxdur. Qazançı kilsəsinin də erməni kilsəsi olmadığı sübut olunub. Hansısa bir erməni qəbristanlığından danışmaq da gülüncdür, Azərbaycan qəbiristanlıq dağıtmır.

Ekspertlər deyir ki, Qərbi Azərbaycan İcması yaradıldıqdan və Qərbi azərbaycanlıların öz yerlərinə qayıtması məsələsi aktuallaşdıqdan sonra ermənilər bu cür qondarma təşkilatlarla ara qarışdırmaqla məşğuldurlar.

“...Heç bir hüquqi və tarixi əsası olmasa da, dayanmadan belə “bəyanatlar” verirlər” 

Tarixçi, tədqiqatçı Səbuhi Hüseynov "Bakı Xəbər"ə şərhində bildirdi ki, bu cür qondarma təşkilatların yaydıqları “bəyanat”ların heç bir təsiri olmasa da, onlar dezinformasiya yaymaqla diqqəti özlərinə cəlb etmək istəyirlər.

O deyir ki, iddilarının tamamilə saxtalarlıqdan ibarət olmasına  baxmayaraq, erməni alimləri, ictimai xadimləri gecə-gündüz olmayan irslərini təbliğ etməklə məşğul olur. “Uzun müddətdir ki, erməni alimləri, ziyalıları və ictimai xadimləri dayanmadan beynəlxalq ictimaiyyətə yalanlarla dolu müraciətlər edir, xüsusilə bu müraciətləri Ermənistanda beynəlxalq elmi ekspedisiyalarda birgə çalışan erməni alimləri edirlər. Öz həmkarlarını susmamağa çağırır və guya Qarabağda “dağıdılan erməni irsinə” qarşı münasibət bildirməyə səsləyirlər. Ermənistan Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutu Qərb alimlərinə  hər ay belə müraciətlər ünvanlayır, onlardan kömək istəyir. Aydın məsələdir ki, bu əvvəldən Qərb və xüsusilə Fransa tərəfindən hazırlanmış bir xüsusi əməliyyatdır”.

S.Hüseynov vurğuladı ki, XIX əsrin sonlarında Daşnaksütyun terrorçuları məhz Fransa tərəfindən hazırlanırdı. “Qərbdə hazırlanan bu terrorçular həm də Şuşaya göndərilirdi. Belə terrorçuların gəldiyi ərazilərdən biri də Şuşa idi. 1905-1906-cı illərdə Şuşada olan erməni kilsələrinin rəhbərləri azərbaycanlılara qarşı cinayətlərin başında gəlir və hətta rəhbərlik edirdilər. Hətta bu cinayətlər sonradan sübut da olundu. Şuşada erməni kilsə rəhbərləri həbs edilib cinayət məsuliyyətinə cəlb edildi.

Bu məhkəmənin sənədləri Rusiya Tarix Arxivində 1363-cü fonddadır. Bütün cinayətləri də özləri etiraf etdilər. Şuşada etnik zəmində qırğınların törədilməsinin ruporları həmin erməni kilsəsi və onun dini rəhbərləri idi. Sonrakı dövrdə yenidən Şuşada olan bu kilsə rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qiyam qaldıran qüvvələrin rəhbərlərindən idi. Azərbaycan ordusu 1920-ci ildə dövlətə qarşı qaldırılan qiyamı yatırdı. Həmin kilsənin rəhbəri də bu qiyamda öldürüldü.  Qiyam qaldıran ermənilər çox sayda Şuşa şəhər əhalisini qətl etdi. Lakin sonda dövlət öz müstəqilliyinə qarşı təhlükəni ləğv edərək cinayətkarları cəzalandırdı”.

Sözügedən təşkilatın “bəyanatına” gəlincə, tədqiqatçı “maraqlı odur ki, heç bir hüquqi və tarixi əsası olmasa da, dayanmadan belə “bəyanatlar” verirlər. Şuşada heç bir erməni qəbiristanlığı dağıdılmasa da, kilsələri əksinə, Azərbaycan dövləti tərəfindən bərpa edilsə də, guya azərbaycanlıların kilsə və qəbiristanlıqları məhv etməsi adı altında bəyanatlar yayılır.

Bu iş Qərbdə hazırlanan plana uyğun davam edir. Lakin bir məsələ var ki, ermənilər bu bəyanatları verməyə öncə Qərbdəki aparıcı umiversitetlərdə çalışan alimlərə müraciətlərdən başladılar. Onlar, xüsusilə Ermənistanda vaxtı ilə birgə beynəlxalq elmi tədqiqatlarda iştirak edən Qərb alimlərindən başladılar. Onlara müraciətlər, demək olar ki, Ermənistan Elmlər Akademiyası və Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hər həftə istər mətbuatda, istərsə də Qərbdə yayımlanırdı.

Bizim ölkənin alimləri də birgə elmi tədqiqatlar apardıqları alimlərə müraciətlər etməli, onları bu qərəzli mövqeyə qarşı öz ölkələrində etiraz etməyə səsləməlidir. Məsələn, Fransanın arxeoloqlar qurupu Azərbaycanda 10 ildən çox tədqiqat aparıb. Bu arxeoloqlara səslənmək lazımdır”-deyə bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031