ABŞ Kermandakı terror hücumu barədə İrana öncədən xəbərdarlıq edib...
ABŞ hakimiyyəti İŞİD qruplaşmasının «Vilayət Xorasan» qolu tərəfindən yanvarın 3-də Kerman şəhərində hazırlanan terror hücumu barədə İrana əvvəlcədən xəbərdarlıq edib. Terror hücumu nəticəsində 95 nəfər həlak olub. Bu barədə «Associated Press» xəbər verir.
Vəziyyətlə tanış olan ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton bu məsələdə vəzifəsinin potensial təhlükələr barədə istənilən digər ölkələrin hökumətinə xəbərdarlıq etmək olduğunu düşünüb. Bununla yanaşı, o, İranla diplomatik əlaqəsi olmayan ABŞ-ın bu xəbərdarlığı həmin ölkənin hökumətinə necə verdiyini bildirməyib. İran tərəfi bu məlumatı hələlik şərh etməyib.