Xudafərin-Qubadlı-Laçın yoluna düşən tarixi qəbirlər və ziyarətgah köçürüldü
Xudafərin- Qubadlı - Laçın yolunun layihələndirilməsi zamanı tikinti altına bir neçə məzarlıq düşüb.
Trend xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib.
Bildirilib ki, yolun tikintisi zamanı Qubadlıda aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparıIaraq avtomobil yolunun 18+800 km-də 61 məzar, 36+500 - 36+700 km-lər arası XVII əsrə aid olan Yaxşının qəbri və 30+450 km-də Seyyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb.