Tramp yenə Baydeni "bombaladı": "Saxta seçkilər səbəbindən.."
ABŞ-ın sabiq Prezidenti Donald Tramp hazırkı Co Bayden hakimiyyətini "topa tutmaqda" davam edir. Sabiq Ağ Ev sahibi, ölkə Konqresinin hazırda üzərində işlədiyi Cənubi Amerika sərhədinə nəzarət haqqında qanun layihəsini mənasız adlandırıb. D.Tramp sosial şəbəkə hesabında yazır: “Saxta seçkilər və açıq sərhədlər səbəbindən ölkəmiz ciddi problemlə üzləşib. Senatın hazırda üzərində çalışdığı iş təhlükəsizlik və sərhədlərin bağlanması baxımından mənasız olacaq”.
Mətləb Salahov