"Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar bir ailə kimi yaşayır" - Elçin Əmirbəyov
Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar - hamı bir ailə kimi yaşayır.
Trend xəbər verir ki, bunu “International Policy Digest”ə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
"Biz hər hansı bir siyasi situasiyadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlmanlar, yəhudilər, xristianlar - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir", - o deyib.
Əmirbəyov ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının (USCIRF) və ABŞ Dövlət Departamentinin Azərbaycanın dini etiqad azadlığı ilə bağlı “xüsusi müşahidə siyahısı”na daxil edilməsi barədə qərarını pisləyib.
"Biz bu əsassız və qərəzli qərarı təəssüf edir və rədd edirik", - o əlavə edib.