KÖHNƏ VERSİYA            

“Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir” - Vüqar Rəhimzadə

Image

Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin tarixi Zəfərimizdən və suverenliyimizin tam təmin olunmasından ötən dövr ərzində bu yanaşmanın daha açıq müstəviyə keçdiyi diqqətdən kənarda qalmır. 

Demokratik prinsiplərin inkişafına xidmət etməli olan, əsl həqiqətdə isə bu və ya digər dairələrin əlində təzyiq alətinə çevrilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Belə ki, bu beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Bu təşəbbüsün müəllifi Sosialistlər siyasi qrupunun rəhbəri, almaniyalı deputat Frank Şvabedir və həmin təşəbbüs təsdiqlənmişdir. Səbəblərə diqqət yetirdikdə çoxsaylı suallar yaranır. Guya Azərbaycan qurumun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, eyni zamanda, Avropa Şurası ilə əməkdaşlıqda maraqlı deyil. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında  guya Qarabağın 100 mindən artıq erməni əhalisnin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Bu təşəbbüs almaniyalı deputat tərəfindən irəli sürülsə də heç şübhəsiz ki, onun arxasında AŞPA rəhbərliyinin özü dayanır. Reallıq budur ki, bu gün AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilib. Fransa bu təşkilatdan bir siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks təbliğat kampaniyası həyata keçirir. AŞPA-nın bu addımı Fransanın  tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli kampaniyasının davamıdır. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, qurum bu addımını müxtəlif səbəblərlə əsaslandırmağa çalışsa da əsas səbəb Azərbaycanın tarixi Zəfərini, Ermənistanın məğlubiyyətini həzm edə bilməməsidir. Sual olunur: 23 illik üzvlük Azərbaycana nə verdi? Keçilən yola qısa nəzər salsaq Avropa Şurasının zaman-zaman Azərbaycana qarşı  qərəzli yanaşma sərgilədiyini görərik. Bir müddət əvvəl saxta “siyasi məhbus” məsələsini siyasi alverə çevirməklə ölkəmizə qarşı bir təzyiq vasitəsi kimi gündəmdə dayanırdı. Avropa Şurasının həmməruzəçilərinin mütəmadi  olaraq Ermənistana dəstək xarakteri daşıyan bəyanatlarla gündəmdə olmaları Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmaqla yanaşı, bu reallığın təkrar-təkrar səsləndirilməsinə rəvac verdi ki, Avropa Şurası həmməruzəçilərdən ibarət deyil. Təbii ki, quruma üzv dövlətlərin hamısının ölkəmizə münasibətdə səmimi olmaması haradasa başadüşüləndir. Amma reallığı inkar edib Azərbaycanı özlərinin fərziyyələrinə uyğun olaraq ittiham etmək birmənalı qarşılana bilməz. Ermənistanın mütəmadi olaraq qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə səsvermə hüququndan məhrum edilməsi məsələsi dəfələrlə gündəmə gətirilsə də  bugünədək belə bir addım atılmayıb. Amma Azərbaycana gəldikdə bu cür qərəzli və ikili standartlarla yanaşma ortaya qoymaq həmin beynəlxalq təşkilatın əsl simasını ortaya qoyur. Bu baxımdan ki, daim ədalətin, beynəlxalq hüququn yanında olan, demokratik prinsiplərə böyük hörmətlə yanaşan, bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirən bir ölkəni səsvermə hüququndan məhrum etmək qərəzdən başqa bir şey deyil. 

Vüqar Rəhimzadə vurğulayıb ki, bu xatırlatmanı bir daha həmin təklifin müəllifinə çatdırmaq istərdik ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyev qurumun ilk sessiyasındakı çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir. Ulu Öndərin bu fikirlərinin davamı olaraq isə cənab İlham Əliyev bildirir ki, demokratikləşmə  sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Atılan addımlar hansısa beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.

Təbii ki, hər hansı bir quruma üzv qəbul olunarkən əməkdaşlıq üçün qarşılıqlı öhdəliklər olur. 2001-ci ildən ötən 23 ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Bəs, AŞPA necə üzərinə düşən öhdəlikləri yerinə yetiribmi? Qətiyyətlə və birmənalı şəkildə deyə bilərik ki, yox!

Ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Hazırda ölkəmiz 7 fevral tarixində keçiriləcək prezident seçkiləri ərəfəsindədir. Seçkilərin demokratikliyini təmin etmək üçün zəruri olan bütün addımlar atılır. Bu mühüm məqam da xüsusi qeyd edilməlidir ki, seçkilərin azad, demokratik, beynəlxalq standartlara uyğun keçirilməsini təmin edən Seçki Məcəlləsi qəbul olunarkən Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə müzakirələr aparılaraq ümumi rəyə gəlinmişdi. Azərbaycan demokratik təsistaların inkişafı istiqamətində atdığı addımlarda beynəlxalq təcrübəyə əsaslanır və yeniliyə, təkmilləşməyə maraq göstərir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi ermənipərəst, İslamofob, Azərbaycanofob qüvvələrin bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə etmələrini açıq-aydın sübut edir. Bəzi dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycanda ən kiçik bir olayı belə lupa ilə izləmələrinə, amma maraqlarının həyata keçirilməsində bir vasitə rolunu oynayan Ermənistan kimi işğalçı, demokratiya anlayışından bixəbər olan dövlətdə cərəyan edən proseslərə göz yummalarına daim rəsmi Bakı tərəfindən sərt reaksiya verilib. Əgər ədalət maraqların arxasında əriyirsə, bu halda dünya güclərinin beynəlxalq hüququn norma və prinsiplərindən xəbərsiz olduğunu necə söyləməyək, yaxud bu problemin mövcudluğunu necə inkar edək. Görəsən, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq edən dünyanın iri dövlətlərinin əlində oyuncağa çevrilən təşkilatlar heç bu suallar ətrafında düşünürlərmi? Bəzi iri dövlətlərin və beynəlxalq təşkilatların hər kəsə bəlli, özlərinə isə “təsadüf” kimi görünən ikili yanaşmalarına Azərbaycan ictimaiyyəti daim sərt münasibətini nümayiş etdirib. Dünya güclərinin ikili siyasətinə və bu yanaşmadan yaranan Ermənistana dəstəyə işıq salan faktlar saysız-hesabsızdır. AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Avropa Şurası nə üçün bir dəfə də olsun bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarını dilə gətirmədi? Postmünaqişə dövrünün reallıqları sırasında yer alan Ermənistanın mina terroru və bunun nəticəsində yüzlərlə insanın həlak olması və yaralanması Avropa Şurasını bəs nə vaxt narahat edəcək? Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması bəzi Qərb dövlətlərinin siyasi riyakarlığı və sifarişidir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında da qeyd edilir ki, bu qurumdan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Qurumda mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin bu addımı artıq əksər dünya güclərinin açıq müstəviyə keçən ikili standartlara əsaslanan siyasətinə ciddi etiraz və mesajdır. Azərbaycana qarşı qarayaxma kampaniyasının bir mərkəzdən koordinasiya olunması inkaredilməzdir. Son hadisələrə qısa nəzər salmaqla bunu bir daha təsdiqləyə bilərik. ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatı, ABŞ Konqresinin ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin bərpası məsələsini qabartması, Fransanın tarixi Zəfərimizdən sonra səngiməyən qərəzli kampaniyaları və simasızlığı, bunun tərkib hissəsi olaraq bu günlərdə Fransa Senatının qəbul etdiyi qondarma qətnamə, Avropa Parlamentinin ölkəmizdə keçiriləcək prezident seçkilərinə nümayəndə heyəti göndərməkdən imtina etməsi, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin utanmadan Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etməsi və sair kimi ikili standartlardan irəli gələn addımları... Atılan belə addımların, qəbul olunan qərarların və qətnamələrin Azərbaycan üçün heç bir önəmi yoxdur. AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Qəbul olunmuş qərar öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycana qarşı birmənalı şəkildə qərəz və ədalətsizlikdir. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə bir əhəmiyyət kəsb etmir. Təbii ki, işğalçı ilə işğala məruz qalan dövləti eyni vaxtda üzv qəbul edən bir qurumdan ədalət gözləmək sadəlövhlük olardı. Azərbaycan 23 ildə daim bu ədalətsizliyin, qərəzli yanaşmanın şahidi olub.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031