KÖHNƏ VERSİYA            

Avropa Şurası tarixində ən böyük siyasi intihar aktı...

Image

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı sərgilənən təxribatçı mövqe yerli və xarici ekspert dairələrində də geniş müzakirə mövzularından birinə çevrilib. İndilikdə görünən odur ki, AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, həqiqətlərə, belə demək mümkün olarsa, qara eynəkdən baxılır. 

Elə bunlar fonunda AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olduqca maraqlı fikir səsləndirib: “Bu gün artıq Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, öz ərazilərini işğaldan qurtarıb. Bu düyünü özü açıb. Avropa Şurası isə 20 il ərzində bu istiqamətdə, hörmətlə xatırladığımız Terri Devisin hazırladığı məşhur qətnamədən artıq heç nə etmədi. Bu gün Azərbaycanın qarşısında böyük üfüqlər vardır və onun səsini heç bir qüvvə ala bilməz. Güman edirəm ki, ən yaxın zamanlarda digər üzv ölkələr də artıq məkrli siyasətlərin oyuncağına çevrilmiş və ömrünü başa vurmaqda olan Avropa Şurasının həyatını süni şəkildə uzatmaq üçün vəsait ayırmağın bihudə olduğu barədə ciddi düşünəcəklər”.

Hesab edilir ki, Avropa Şurası üzvlərini qərəzli yanaşmalarla itirdikcə, həqiqətən də qüruba getməyə məhkumdur. Xatırladaq ki, Rusiyanın bu qurumdan ayrılması  Avropa Şurasına həm də böyük maliyyə itkiləri hesabına başa gəlib. İndi Azərbaycan da maliyyə ayırmalarını kəsməlidir və bu, sözügedən təşkilat üçün yeni problemlərdən başqa heç nə vəd etmir. Eyni zamanda Avropa Şurasının ikili standartları da onun süqutunu şərtləndirən əsas faktorlardan biri hesab olunur.  AŞPA-nın son anti-Azərbaycan qərarını şərh edən rusiyalı politoloq Dmitri Solonnikov qeyd edir: “Bu gün AŞPA dünyanı “bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik” prinsipi üzrə bölən bir strukturdur. AŞPA-ya baxdıqda, biz öz məcrasından tamamilə çıxmış və bir zamanlar daşıdığı ideyalardan uzaqlaşan bir təşkilat görürük.

Bir vaxtlar müxtəlif tərəflər arasında ortaq təmas nöqtəsi tapmağa kömək edən, dialoq və mürəkkəb vəziyyətlərin həlli üçün yaradılmış bir təşkilat vardı. İndi o, əvvəlcədən qəbul olunmuş qərarlar vasitəsilə təzyiq göstərmək, Qərbin liberal ideologiyasının hökmranlığını təmin etmək və dünyanı “bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik” prinsipi üzrə bölmək üçün fəaliyyət göstərən bir struktura çevrilib. Təəssüf ki, biz bir çox beynəlxalq təşkilatlarda bunun şahidi oluruq”. Politoloq qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə son qərar bunu bir daha sübut edir: “Azərbaycanlı deputatlar onları o halda qane edə bilər ki, Azərbaycan AŞPA-nın bütün qərarlarını tam şəkildə tanısın və bu təşkilatın dedikləri ilə oturub-dursun, əks halda, Bakı ilə hesablaşmayacaqlar, nümayəndə heyətinin iclaslarda iştirak etməsinə imkan verməyəcəklər və sairə. Bəzi ölkələr öz üzərinə Roma Papasından da müqəddəs funksiya götürüb, özlərini Tanrıdan sonra ikinci güc hesab edir, başqalarına nəyin düzgün, nəyin yanlış olduğunu diqtə etməyə çalışırlar”. Ekspert vurğulayıb ki, hazırda bu dominant mövqe bir çox Avropa dövlətlərinə xasdır, onlar başqa cür yanaşmanı qəbul etməyə hazır deyillər: “Görünür ki, yaxın illərdə dünya bu cür mövqe tutanların idarəçiliyi altında olmağı qəbul edənlərə və öz milli ləyaqətini, suverenliyini qoruyaraq müstəqil siyasət aparanlara bölünəcək”.

Onu da qeyd edək ki, AŞPA Azərbaycana qarşı 4 əsas iddia irəli sürür. Bunlardan biri Qarabağın erməni əsilli sakinlərinin bölgədən, guya zorakılıqla köçürülməsi ilə bağlıdır. Halbuki, ermənilər könüllü köçdüklərini özləri bəyan edirlər. Həm də bu köç prosesi bütün dünyanın gözü qarşısında baş tutdu. AŞPA-nın digər iddiası Azərbaycanın onun nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır. Halbuki, Laçın yolunun nəzarətsiz ərazi olmasına göz yumanlardan biri məhz Avropa Şurası olub. Azərbaycan burada sərhəd buraxılış məntəqəsi qurduqdan sonra isə gediş-gəlişin dünya ictimiayyəti tərəfindən müşahidəsinə imkan yaradıb. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra, digər Avropa institutları kimi, Avropa Şurası da Ermənistanın işğal müddətində törətdiyi dağıntıları, maddi-mədəni, dini irsin yox edilməsini öz gözləri ilə görmək üçün heç bir təşəbbüs göstərməyib, Bakının dəvətlərinə qarşılıq verməyib. AŞPA-nın daha bir iddiası Azərbaycanda “siyasi məhbus”larla bağlıdır. Reallıqda bu qurum iqtisadi və kriminal xarakterli cinayət faktları ilə bağlı araşdırma çərçivəsində saxlanılan şəxsləri “siyasi məhbus” kateqoriyasına aid edir. Təşkilatın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün yekun iradı isə rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməməsi göstərilib. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bunun səbəblərini belə izah edir: “Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə üçün dəvət etməyib. Azərbaycan müşahidəçi kimi hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin 23 il müddətində həqiqi üzvü olduğu, buna qədər də daim seçki müşahidələri aparan komandalarını məmnuniyyətlə qəbul etdiyi Avropa Şurasından bu dəfə imtina edib. Avropa Şurası rəhbərliyi, buraya birbaşa təsir imkanları olan dairələr gərək əvvəl bu barədə düşünərdilər. Bunun səbəbini indiyə qədər Azərbaycana qarşı bu təşkilatda apardıqları qəbuledilməz siyasətdə axtarmalıdırlar”. Deməli, Azərbaycana qarşı iradlar tam əsassızdır. Avropa Şurasını narahat edən digər məsələ isə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların intensivləşməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın bu məsələdə təklifi problemləri ikitərəfli qaydada həll etməklə bağlıdır. Ermənistandakı bəzi qüvvələr də sülh danışıqlarının ikitərəfli qaydada keçirilməsinin tərəfdarıdır. Bu da Avropa Şurasının vasitəçilik rolunun aradan qalxmasına gətirib çıxaran amildir. Belə vəziyyət təşkilatı qane etmir. İndi baş verənlərin fonunda Azərbaycanın da, öz növbəsində, Avropa Şurasından çıxmaq haqqı var. Amma bundan itirən Avropa Şurası özüdür.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031